Ãëàâíàÿ Êàðòà ñàéòà E-Mail
Íàâèãàöèÿ ïî ñàéòó

Ñòàòüè

RSS / ÐÑÑ
 





Ââåäèòå ñëîâî äëÿ ïîèñêà :
Ïîëèòèêà Puç olmuş ümidlər və ya bir demokratiya nağılı…
Yaxın Şərq və Şimali Afrikada baş verən olaylar, beynəlxalq terrorizm haqqında

Bir neçə gün əvvəl Türkiyənin Antalya şəhərində baş tutan “Böyük 20-lik” ölkələrinin sammitinin  gözlənilən ümidləri doğrultmadığını desək, yanılmarıq. Bu sammit dünya liderlərinin ötən il keçirilmiş görüşlərindən və BMT-nin son iclaslarından çox da fərqlənmədi. Dəyişən yalnız məkan və bəzi ölkələrin rəhbərləri idi. 

Ümumiyyətlə  bu cür toplantılarda Yaxın Şərq və Şimali Afrikada faciəyə gətirib çıxaran əsas səbəbləri aradan qaldırmaq zərurətini müzakirə obyektinə çevirmək qəribə, hətta bir qədər də gülməli görünür. Çünki analoji görüşlərdə kameralar qarşısında beynəlxalq terrorizm təhlükəsi barədə uzun-uzadı nitq söyləyən siyasi liderlər dünyada baş verən qanlı hadisələrin, qaçqın axınının, vətəndaş müharibələrinin, regionlarda yaranmış mürəkkəb vəziyyətin əsas səbəbinin məhz “Böyük iyirmiliy”in “rəhmli” və “xeyirxah” üzvlərinin yürütdüyü məkrli siyasət olduğunu bircə dəfə də olsun dilə gətirmirlər. Xəstəliyin bu və ya digər fəsadını aradan qaldırmaqla xəstəni müalicə etmək mümkün deyil.  Virusun mənbəyini – ilkin səbəbləri axtarıb tapmaq lazımdır, cənablar! Axı Avropa sivilizasiyasına qənim kəsilənləri və günahsız insanların qanına bais olan başkəsən quldurları maliyyələşdirənin də, onlara xüsusi döyüş hazırlığı keçənin də özləri olduğu bu gün hər kəsə yaxşı bəllidir. Kimsə inkar edə bilməz ki, bu “böyük”, “qüdrətli” dövlətlərin dəstəyi olmasaydı, nə “rəngli” və “ərəb baharı” inqilabları baş verər, nə Əfqanıstan və İraqda qanlı olaylar yaşanar və bu qədər uzanar, nə də ki, o dövrdə ABŞ-ın dövlət katibi, hazırda prezidentliyə namizəd Hillari Klintona ləzzət verən Liviyanın lideri Müəmmər Qəddafinin dünya ictimaiyyətinin gözü qarşısında vəhşicəsinə qətli baş tutardı. Şahidi olduğumuz bu faciələrin toxumlarını hərəkətə gətirən Antalya sammiti iştirakçılarının əksəriyyətinin cibində olan epidemiya viruslarının yaratdığı əlavə fəsadlardır. İştirakçılar bunu çox yaxşı bilir, görür və başa düşürlər ki, riyakarlıq maskaları yırtılsa, bütün bəşəriyyət Xeyri Şərdən ayırmağa başlayar, o zaman şər qüvvələr möhkəm silkələnər, beynəlxalq qanunların ələyindən keçər, qələbəyə doğru addımlayan Xeyrin qurbanına çevrilməməkdən ötrü özünə sığınacaq axtarmaq məcburiyyətində qalar. Dünyaya ağalıq etmək eşqinə düşənlərin niyyət və məramı bu gün üzə çıxdıqca, zülmət dalğaları xalqları ağuşuna alıb daha tünd rəngli dərinliyə sürükləyir. Yalan pərdəsinin yırtılması üçün kimsə bircə dənə şam yandırmağa cürət etmir. Tənqid etmək, necə deyərlər, yıxıb sürüməyə və baltalamağa gəlincə, hamı ustadır. Unutmayaq, nə qədər ki ABŞ və Qərbi Avropadakı “müdrik ağsaqqallar” yalan danışmaqda, riyakarlıq etməkdə, iqtisadi və siyasi hegemonluqda, qanlı müharibələr törətməkdə bir-birləri ilə yarışa girirlər həyatda insan həyatı günbəgün öz dəyərini itirməkdə davam edəcək. Uzağa getməyin, bü günün özündə Şərqdə insanın bir qəpiklik qiyməti qalmayıb. Məsum körpələrin qatili, axıdılan nahaq qanların sifarişçisi ifşa olunmayanadək, ABŞ-a və onun Şərqdəki müttəfiqlərinə “dur!” deməyə cürəti çatan, onları ərəb ölkələrindən sel kimi axan neft dollarlarından imtina etməyə vadar edən kimsə tapılmayanadək silah səsləri susmayacaq, göz yaşları qurumayacaq, çöhrələrdən itmiş təbəssüm geri dönməyəcək, Yer üzündə sülh və əmin-amanlıq bərqərar olmayacaq! Neft gəlirləri hesabına sürətlə varlanan dövlətlər Suriya, Liviya, Əfqanıstan və Afrika ölkələrində, xüsusilə də onun şimal hissəsində terrorçuları silahlandırmağa və maliyyələşdirməyə davam edəcəklər! Aralarında heç bir təbii əlaqə olmayan “böyük”lərlə “dostluğ”un səbəbi də elə budur. Belə olduğu halda sayı artıq 28-ə çatmış dünyanən ən varlılarının keçirdikləri heç bir beynəlxalq görüş səmərə verməyəcək. Bu, bədbinlik deyil, reallıqdır. 
Nifrət və kin-küdurət virusunun daşıyıcıları vicdan əzabı çəkmədən günahsız insanların qanına bulaşmış əllərində “demokratiya”, “ümumbəşəri dəyərlər” və bu günə kimi anlaşılmaz olaraq qalan “Avropa standartları” şüarı ilə ön sıralarda addımlamağa yenə də cəhd edirlər. Cənablar, siz hansı demokratiyadan, hansı Avropa standartlarından danışırsınız? Axı bununla kimi aldatmağa çalışırsınız? Hanı sizin demokratiyanız, söz azadlığınız, başqalarının yaşamaq hüququna sayğınız? Olmaya yalanlarınıza artıq özünüz də inanmağa başlamısınız?! Məgər Avropada, zəngin Fars körfəzi dövlətlərində, hətta özünü “demokratiya markası” kimi dünya siyasətinə sırıyan ABŞ-da tərifini yerə-göyə sığdırmadığınız demokratiyadan heç bir əsər-əlamət qalmadığını görmürük? İnsanların dərisinin rəngini görə “demokratiya beşiyində” güllə ilə vurulub öldürülməsi artıq elə bir hal alıb ki, sadə amerikalılar zənci genosidinə etirazlarını Vaşinqton küçələrində açıq-aşkar dilə gətirirlər. Adi amerikalının öz ölkəsinin rəhbərləri haqqında azacıq tənqidi fikir söyləyə bilməməsini, hər bir Amerika vətəndaşının bütün, hətta ailəsi ilə olan mobil telefon danışıqlarının Amerika FTB-si tərəfindən izləndiyini xatırlasanız, nə demək istədiyimi anlayarsınız. Bu gedişlə Avropa və Amerika öz demokratik dəyərlər sisteminə “yumruq” və “avtomat” kimi yeni ifadələr daxil etməli olacaq. O zaman bu dəyərləri bütün dünyaya reklam etməyin heç bir mənası qalmayacaq. Şahidi olduğumuz amansız qanlı döyüşlərdə səudiyyəlilər və türklər olduqca mürəkkəb manevrlərdən istifadə edir, strategiya və taktikalarını tez-tez dəyişirlər. Səudiyyəlilər Amerikanın əmri ilə öz şəxsi maraqları naminə başkəsən quldur dəstələrini maliyyələşdirir, türklər isə onların torpaqlarında öz dövlətlərini qurmaq istəyən kürd qruplaşmalarına qarşı döyüşənləri silahlandırırlar. Ən böyük dəstəyi onlar kürdlərə qarşı öz planları olan dünyanın əsas iki oyunçusundan - ABŞ və Rusiyadan alırlar. Qəribə məntiqdir. ABŞ və Rusiya kürd  dəstələrinə yardım edir, türk təyyarələri isə kürd terrorçularının olduğu yerləri bombalayırlar. Bu qarışıqlıqlara baxmayaraq, “Böyük 20-lik” ölkələri söhbətləşir, yeyib-içir və gülə-gülə vidalaşırlar. 
ABŞ bu gün prezident seçkilərinin bir addımlığındadır. Artıq bir neçə gündür ki, canlı efirdə maraqlı debatlar izləməkdəyik. Respublika partiyasını təmsil edən namizədlər ərəb və Afrika ölkələrində demokratiya yaymaq cəhdlərinin ümidləri doğrultmadığını, əksinə “demokratiya əsgəri”nin – amerikan, ingilis, fransız və bu əqidənin digər daşıyıcılarının ayaq basdıqları hər yer sözün əsl mənasında xarabalığa çevrilir. Amerikalılar artıq özləri də yorulublar. Onlar səs-küylü ölümlərlə başlayan, sonradan çıxması mümkünsüz olan müharibə bataqlığına düşməkdən beziblər. Amerikalılar “demokratiya uğrunda müharibə” devizi altında dünyanın müxtəlif yerlərinə əsgər göndərməkdən beziblər. Bu gün dünyada demokratiyaya inamın azalmasının və yaxud demokratiyanın xaos, qardaş qırğını, məzhəb mübarizəsi, qeyri-sabitlik, çevrilişlər kimi başa düşülməsinin əsas günahkarlarından biri, bəlkə də elə birincisi “demokratiyanın beşiyi” sayılan Amerikadır. ABŞ-ın başçılığı ilə dünyanın müxtəlif ölkələrində “demokratiya” pərdəsi altında həyata keçirilən gizli və aşkar əməliyyatlar həm həmin ölkələr, həm də ümumilikdə dünya ictimaiyyəti tərəfindən böyük narazılıqla qarşılanır. İraq, Əfqanıstan, Misir, Liviya, Suriyada baş verənlər Birləşmiş Ştatların “dünya jandarmı” funksiyası yerinə yetirməsinin acı nəticələridir. İndi etiraf edirlər ki, xarici siyasətdə bir çox səhvlərə yol veriblər. Bu etirafın arxasında yüz minlərlə insanın faciəsi dayanır… ABŞ heç bir beynəlxalq hüquq normalarına, beynəlxalq təşkilatların sənədlərinə, hətta BMT-nin qətnamələrinə məhəl qoymadan özünü açıq şəkildə “dünya jandarmı” kimi aparır. Uzağa getmək lazım deyil, elə yaxından tanıdığımız Ukraynada baş verənlərə baxaq. Amerikalı texnoloqların hazırlayıb həyata keçirdikləri “Meydan” əməliyyatının acısını bu gün bölünmüş, ərazisinin bir çox hissəsini itirmiş, iqtisadiyyatı dağılmış, qardaşın qardaşa güllə atdığı, dövlətçilik ənənəsinə sağalmaz yara vurulmuş Ukrayna çəkir. “Demokratiya” adı altında Ukraynaya vurulan bu yara çətin ki, sağala. Sadə ukraynalı daha bundan sonra qərblilərin, amerikalıların “demokratiya nağılı”na necə inansın? Ukrayna ilə yanaşı bu gün Suriya və İraqda baş verənlər də dünya ictimaiyyətinin böyük narazılığına səbəb olub. Suriyada Əsədə qarşı vuruşmaq üçün amerikalılar tərəfindən bəslənən, silahlandırılan İŞİD adlı terrorçu təşkilatdan bu gün İraqı bölmək, məzhəb müharibəsi yaratmaq üçün iyrənc şəkildə istifadə edilir. “Dahi” siyasətçilər hegomonluq uğrunda hər vasitəyə əl atırlar. Bu gün dünyanın dörd bir tərəfində qaynayan münaqişə ocaqları, yüz minlərlə insanın üzləşdiyi fəlakət həmin siyasətin doğurduğu acı nəticələrdir. Elə bu səbəblərdəndir ki, dünya ictimaiyyətində Birləşmiş Ştatlara olan inam azalıb. Daha heç kim “Sem dayının nağılları”na inanmır. Barak Obama son vaxtlar canlı efirdə az danışır və ya danışanda da məntiqə əsaslanmayan, dünyada gedən proseslərlə sıx əlaqəsi olmayan cümlələr işlədir. Elə bir təəssürat yaradır ki, idarəçiliyini əlindən vermiş, prezidentlik vaxtının bitməsini səbrsizliklə gözləyir.  
Milyonlarla günahasız insanın qətli, hərc-mərclik və sonda dövlətin tənəzzülü ilə nəticələnən proseslər başa çatdıqca Qərb orada avrodemokratiya toxumu səpməyə başlayır. Avropa toxumu Amerikadan alır. Bədii dillə desək, geniş toxumçuluq kooperasiyası yaradılıb. Dünyanın 50-dən çox ölkəsini, zəngin, güclü və inkişaf etmiş ABŞ, Avropa və müsəlman dövlətlərini sıralarında birləşdirən “kənd təsərrüfatı mücahidləri” işlərini can-başla aparırlar. Amma nəticə yoxdur. Nə meyvə, nə də buğda var. Deməli, ya toxum zaydır, ya onu səpən mütəxəssis deyil, ya da toxumun səpildiyi ərazilər yararlı deyil. Amma “əkinçilik” davam edir. Qısa desək, torpaq da, insanlar da zorakılığa məruz qalırlar. Eyni dinə itaət etdiyimiz ərəblər məni bağışlasın, zənnimcə, neftdən əldə olunan gəlirlərin hesabını itirmiş dövlətlər avrodemokratiya komandasında yalnız bir məqsəd naminə dəridən-qabıqdan çıxırlar - “demokratiya” toxumunu öz ölkələrindən uzaqlaşdırmaq üçün. Çünki orada nə münbit torpaq var, nə də kənd təsərrüfatı üzrə mütəxəssis. İncə əlləri yalnız pul saymağa alışıb. Bu əlləri alağa, ota vurmaq olmaz. Onlarda demokratiya immuniteti zəifdir. Biri bu xəstəliyə düçar olsa, bütövlükdə Ərəbistan yarımadası böyük xəstəxanaya çevrilə bilər. Göründüyü kimi, İŞİD-in yaradılması və onu İraq, Suriyada geniş yayılması Qərbin Yaxın Şərqdəki “şüursuz” fəaliyyətinin nəticəsidir. Artıq gecdir… Ərəb ölkələrinin birbaşa dəstəyi ilə Yaxın Şərqdə İran yönümlü hökumətləri devirmək məqsədi ilə maliyyələşən İŞİD indi ipə-sapa yatmayan bir quruma çevrilib. İstənilən halda Qərbin yetirməsi olan İŞİD getdikcə bütün Avropanı bürüyəcək. Bu hərəkat qar topası kimi bütün Avropa dövlətlərinin ərazisindən  keçəcək. Demokratiya nağılı da beləcə bitəcək. Bu dəfə nə ağ atlı oğlan gələcək, nə də göydən üç alma düşəcək... 

Rafiq Əliyev,
professor, fəlsəfə elmləri doktoru
TEXT +   TEXT -   Ïå÷àòü Îïóáëèêîâàíî : 23.11.15 | Ïðîñìîòðîâ : 1891

Ðåêîìåíäóåì