Главная Карта сайта E-Mail
Навигация по сайту

Статьи

RSS / РСС
 





Введите слово для поиска :
Интервью “Dini Komitədə savadlı, bacarıqlı adamlar çox deyil” – Keçmiş sədrdən İTTİHAM
Naradaran qəsəbəsində baş verən son hadisələr Azərbaycanda dini situasiya və ona nəzarət məsələsini yenidən gündəmə gətirib. Qeyd edək ki, Nardaranda hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı baş verən insident nəticəsində 2 polis əməkdaşı və 4 dindar ölüb. Daha sonra isə hadisə nəticəsində yaralananlardan biri də öldü.   Bəs, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQDK) ölkədəki dini vəziyyətə nəzarət edə bilirmi?

Bu mövzu ilə bağlı adıçəkilən komitənin keçmiş rəhbəri Rafiq Əliyev Modern.az saytına açıqlama verib.  
O bildirib ki, öncə Nardaranda baş verən hadisələrin mahiyyətinə baxmaq lazımdır:  
“Nardaranda baş verən hadisələr dini proses deyil. Ona görə də oradakı hadisələrin tam nəzarətə alınması bütünlüklə dini komitənin səlahiyyətlərinə aid deyil. Nardaranda baş verənlər siyasi motivlərə söykənir. Bir az sosial problemlər rol oynayır. Nardarandakı proseslərə siyasi olduğuna görə təkcə dini komitənin məsələyə nəzarəti kifayət deyil”.
Rafiq Əliyevin fikrincə, Nardaranda din bir alət kimi istifadə olunur: “Özü də orada daha çox siyasi tələblər səslənir. Onlar İslam dini ilə siyasəti bir araya gətirirlər. Onlar açıq şəkildə deyirlər ki, Azərbaycanda islam dövləti qurulmalı və qanunlar şəriət prinsipləri ilə müəyyənləşdirilməlidir. Bu məsələyə nəzarət məsələsində dini komitənin müəyyən qədər rolu ola bilər. Özü də bu, dövlətə, cəmiyyətə fayda verəcək müsbət bir rol olmalıdır. Təəssüflər olsun ki, dini komitənin və ölkənin başqa qurumlarının Nardaranla dialoqu yoxdur”.  
Sabiq sədr DQDK-nın ümumilikdə ölkə miqyasında dini situasiyaya nəzarətinin mümkünsüz olduğunu da diqqətə çatdırıb: “Dini komitənin ölkədəki dini vəziyyəti nəzarətə ala bilməsi üçün atdığı addımlar effektiv deyil. Çünki dini situasiyanı tam olaraq nəzarətdə saxlamaq, prinsipcə mümkün deyil.
Din bütün respublikanı əhatə edir. Dini komitədə o qədər də savadlı, bacarıqlı adam yoxdur ki, Azərbaycanın bütün ərazisində dini situasiyanı tam nəzarətdə saxlasın. Dini komitənin əməkdaşları də o qədər çox deyil. Komitə din-dövlət münasibətlərini tənzimləyir və bu sahədə qanunların yerinə yetirilməsi üçün addımlar atmağa çalışır”.  
Rafiq Əliyevin fikrincə, Qafqaz Müsəlmanları İdarəsi də Nardarana təsir göstərmək imkanlarından məhrumdur.

Aqşin Kərimov
TEXT +   TEXT -   Печать Опубликовано : 03.12.15 | Просмотров : 2807

Рекомендуем