Главная Карта сайта E-Mail
Навигация по сайту

Статьи

RSS / РСС
 





Введите слово для поиска :
Политика Turizm sahəsində “ərəbləşmə”
Сiddi təhlilə və nəticə çıxarmağa ehtiyacı olan yeni fenomen

Son illərdə Azərbaycanda başqa sahələrdə olduğu kimi, turizm sektorunda da nəzərə çarpacaq dərəcədə inkişaf müşahidə edilməkdədir. Paytaxtla yanaşı, ölkənin ayrı-ayrı regionlarında da xaricdən gələn turistlər üçün inşa olunmuş samballı mehmanxanalar, istirahət mərkəzlərində göstərilən yüksəksəviyyəli xidmət digər ölkələrdə fəaliyyət göstərən turizm obyektlərindən geri qalmır. Hətta deyərdim ki, həmin mehmanxanaların gözəlliyinə və təmtərağına görə bir çox ölkələrdən irəlidəyik. 
Sevindirici haldır ki, bu sahədə çalışan peşəkar mütəxəssislərin, turizmə investisiya qoyan  bacarıqlı iş adamlarının, təcrübəli məsləhətçilərin də sayı az deyil. Hazırda Bakının, elə Abşeronun özündə - dəniz kənarında zövqlə tikilmiş xeyli sayda istirahət mərkəzi fəaliyyət göstərir. Bir sözlə, ölkəmizdə mövcud olan sabitlik və təhlükəsizlik, turizm infrastrukturunun inkişafı, Azərbaycanın füsunkar təbiəti, xalqımızın mədəniyyəti, tarixi və mətbəxi kimi amillər turistlərin cəlb edilməsinə öz əsaslı töhfəsini verir.
Əlbəttə, bu fakt bir vətəndaş olaraq bizi sevindirməyə bilməz. Amma əslində məni narahat edən məqam məsələnin tamam başqa tərəfidir. Belə ki, son bir neçə həftə ərzində apardığım müşahidələr nəticəsində bir daha əmin oldum ki, ölkəmizdə turistlər üçün hər cür şərait yaradılsa da, qonaqların təhlükəsizliyinin təminatı olduqca aşağı səviyyədədir. Yay mövsümü ilə əlaqədar cümə, şənbə və bazar günləri istirahət mərkəzlərinə o qədər insan axını olur ki, hətta qeydiyyat şöbələrinin qarşısında böyük növbə yaranır. Zənnimcə, təhlükəszilik xidmətinin əməkdaşları xüsusilə həmin günlərdə gücləndirilmiş iş rejimində çalışmalıdırlar. Amma şəxsi təcrübəmə əsaslanaraq deyə bilərəm ki, qeyd etdiyim günlərdə onlar qətiyyən gözə dəymirlər. Bəzi otel sahibləri deyəcəklər ki, bizim təhlükəsizlik xidmətinin əməkdaşları gözə görünməyə də bilər, çünki hər tərəf kameraların tam nəzarəti altındadır. Düzdür, təhlükəsizlik kameraları vasitəsilə ümumi vəziyyət, əsas giriş-çıxış qapıları daima izlənilir. Amma kameralar tərəfindən lentə alınanlara əksər hallarda hadisə baş verdikdən sonra baxılır. Bu isə olduqca mənfi haldır. Etiraf edək ki, biz səhlənkarlıq edib fərqinə varmasaq da, builki turizm mövsümü olduqca mürəkkəb beynəlxalq şəraitdə başlayıb və davam edir. Ölkəmizə gələn tursitlərin sayı əsasən Yaxın Şərq ölkələrinin hesabına artıb. Əlbəttə, Avropanın istirahət yerlərində, xüsusən Fransa, Almaniya, İspaniya kimi turizm ölkələrində yerli camaat müharibə ocağı olan regionlardan gələn tursitlərə birtəhər, hətta həyəcan və qorxu hissilə baxırlar. Əslində belə düşünmək üçün onların əllərində kifayət qədər əsasları da var. Fransada baş verən terror, digər ölkələrdəki adam öldürmə, zorlama faktları avropalılarda qorxu hissi yaradıb və qısa zaman ərzində bundan xilas olmaq müşkül məsələdir. Bu vacib məqamı nəzərə alan Yaxın Şərqdə yaşayanlar istirahət üçün əmin-amanlıq məkanına çevrilmiş Azərbaycanı seçir və arzu etdikləri qonaqpərvərliyi burada tapırlar. Vətəndaşlarımızın, istirahət mərkəzlərinin və otel əməkdaşlarının göstərdikləri isti münasibət onlara öz ölkələrində üzləşdikləri müsibətləri qısa müddətə də olsa, onlara unutdurur. Mən əminəm ki, Yaxın Şərqdən gələn qonaqların əksəriyyəti ölkəmizdən xoş təəssüratlarla ayrılır, buradakı qonaqpərvərlikdən razılıq edirlər. 
Buna baxmayaraq, təhlükəsizliyin təminatı ilə bağlı keçirdiyim narahatlıq və şübhə hissi qəlbimi tərk etmir. Gəlin etiraf edək ki, Azərbaycana üz tutan əcnəbilərin hamısının xoşniyyətli olmasına dair kimsə zəmanət verə bilməz. Düzdür, yuxarıda da qeyd etdiyim kimi, otellərin hamısında təhlükəsizlik  kameraları var və onlar hər şeyi qeydə alır. Amma bu, heç də turistlərin təhlükəsizliyinin tam nəzarət altında olması anlamına gəlmir. Hazırda ölkəmizə üz tutan şərqli qonaqlar bura əsasən qrup şəklində gəlirlər. Həmin qruplar 7-10 nəfərlik böyük ailədən ibarət olur. Qrup üzvlərinin əksəriyyəti 18-20 yaşdan yuxarı olanlardır. Aralarında çox nadir hallarda bir-iki yaşlı adam görmək olur. Ən çox gözə dəyən çadralı və örtüklü qadınlar, gənc və hətta 5-7 yaşlı qızlardır. Şübhəsiz ki, onların təhlükəsizliyinin təminatı kifayət qədər mühüm əhəmiyyət kəsb edən məsələdir. 
Əslində təhlükəsizlik məsələsi təkcə turistlərin özləri üçün deyil, həm də bizim üçün vacibdir. Çünki ölkəmizə üz tutam əcnəbilərin hamısının bura xoş niyyətlə gəldiyinə dair kimsə zəmanət verə bilməz. Müharibə gedən Yaxın Şərq ölkələrindən böyük ailə ilə gəlib Azərbaycandakı beşulduzlu bahalı otellərdə bir neçə ay qalıb istirahət etmək kasıb təbəqənin yaşaya biləcəyi zövq deyil. Bu cür istirahət külli miqdarda – təxminən günə 500-1000 manat vəsait tələb edir. İş yerləri, zavod və fabrikləri olmayan, kənd təsərrüfatı olduqca zəif inkişaf edən və ya ümumiyyətlə yox səviyyəsində olan ölkə vətəndaşlarının belə maddi imkana sahib olmalarına şəxsən mən şübhə ilə yanaşıram. Onların xarici görkəmləri, əyinlərindəki ucuz geyimləri də bunu bir daha təsdiqləyir. Deməli, ərəblərin Azərbaycana kütləvi şəkildə axını ilə bağlı vəziyyət heç də biz düşündüyümüz kimi deyil. Yeri gəlmişkən, bu günlərdə mehmanxanalardan birində istəmədən ərəb turistin telefon danışığına qulaq yoldaşı oldum (ərəbşünas olduğum üçün ərəb dilini mükəmməl bilirəm). Onun telefon danışığından mənə tam aydın oldu ki, ölkənin müxtəlif mehmanxanalarında qalan ərəblərin hamısı bir-biri ilə sıx əlaqədədir. Kimsə onların hamısının Azərbaycana sırf istirahət etmək məqsədilə gəlməsinə zəmanət verə bilməz. Deməli, onların heç də hamısı ölkəmizə xoş niyyətlə üz tutmayıb. Bütün bunları nəzərə alaraq, həm mehmanxana əməkdaşları, həm də adi vətəndaşlar ayıq-sayıq olmalıdırlar. Çünki ölkəmizdə hökm sürən əmin-amanlığı, sakitliyi, təhlükəsizliyi qorumaq hər birimizin borcudur. Yazının əsas məğzi də elə budur. Azca da olsa, müşahidə qabiliyyətiniz varsa, məqalədə deyilənlərin həqiqət olduğuna şübhə etməzsiniz. Yaxın Şərqdə xilafət qurmaq arzusu ilə yaşayanlar əsas hədəflərdən birinin məhz Azərbaycan olduğunu dəfələrlə dilə gətiriblər. Deməli, ərəblərin Azərbaycan kütləvi axınının əsas səbəblərindən biri də bu istiqamətdə hazırlıq işlərinin aparılması ola bilər. Necə deyərlər, şər deməsən, xeyir gəlməz. İstənilən halda profilaktik tədbirlərin həyata keçirilməsi ümumi vəziyyətə yalnız müsbət təsir göstərər və gələcəkdə baş verə biləcək xoşagəlməz hadisələrin qarşısını alar. 
TEXT +   TEXT -   Печать Опубликовано : 25.08.16 | Просмотров : 2361

Рекомендуем