Главная Карта сайта E-Mail
Навигация по сайту

Статьи

RSS / РСС
 





Ââåäèòå ñëîâî äëÿ ïîèñêà :
ÏóáëèöècГІГЁГЄГ  Azərbaycan və İran ədəbi əlaqələrinə yeni töhvə
Filologiya üzrə fəlsəfə doktoru, şərqşünas Şəhla Abdullayevanın “Azərbaycan ədəbiyyatında “Şeyx Sənan” mövzusu” adlı yeni nəşr olunmuş kitabdan söhbət gedəcək

Gənc şərqşünas, filologiya üzrə fəlsəfə doktoru Şəhla Abdullayevanın bu günlərdə çapdan çıxmış “Azərbaycan ədəbiyyatında “Şeyx Sənan” mövzusu” adlı nəfis kitabında Şərq aləmində geniş yayılmış “Şeyx Sənan” qissəsinin yaranma tarixi, o cümlədən yazılı ədəbiyyatın bu mövzuda ilk əsəri olan Fəridəddin Əttarın “Şeyx Sənan” hekayəti araşdırılır, klassik və müasir Azərbaycan poeziyasında həmin məşhur əhvalata müraciət geniş tətqiq olunur. Bundan əlavə, monoqrafiyada Azərbaycan ədəbiyyatında “Şeyx Sənan” qissəsinin təsiri ilə yaranmış müstəqil əsərlər ilk dəfə olaraq müqayisəli şəkildə təhlil edilir. 

Şəhla Abdullayevanın Yaxın və Orta Şərq xalqları ədəbiyyatının ortaq mövzusu olan Şeyx Sənan əhvalatı ilə bağlı qələmə aldığı bu monoqrafiyası həmin rəvayətin məhz Azərbacan poeziyasındakı izlərinin araşdırılmasına həsr olunub. Müsəlman Şərq xalqları ədəbiyyatında sevilən və çox müraciət edilən mövzu olan “Şeyx Sənan” dəfələrlə müxtəlif səpkilərdə işlənib, hətta teatr, opera və balet səhnəsinə də çıxarılıb. Azərbaycan ədəbiyyatında bu məşhur qissənin təsiri ilə yaranmış əsərlərə vaxtaşırı müəyyən dərəcədə müraciət olunsa da, “Şeyx Sənan” mövzusunun Azərbaycan ədəbiyyatında işlənmə səviyyəsi bu cür sistemli şəkildə heç zaman araşdırılmayıb. Monoqrafiyanın xüsusi bir fəsli Azərbaycan ədəbiyyatında bu mövzuda yazılmış əsərlərin təhlilinə həsr olunub. Burada tədqiqatçı əvvəlcə XVII-XVIII əsrlərə aid əsərlərin nüsxələrini təsvir edir, daha sonra isə onları Fəridəddin Əttarın əsəri ilə müqayisə edir. Həmin hekayələri qarşılıqlı şəkildə təhlil etməsi Şəhla Abdullayevanın həm də qədim əlyazma əsərləri üzrə geniş, əhatəli bilik səviyyəsinə malik olduğunu göstərən amildir. Monoqrafiyada Azərbaycan ədəbiyyatında orta əsrlərdən bu günədək yazılmış müstəqil “Şeyx Sənan” əsərləri ilkin nümunə ilə müqayisəli şəkildə araşdırılıb, onların oxşar və fərqli cəhətlər üzə çıxarılıb. Bu baxımdan əsərin ən maraqlı hissəsi görkəmli dramaturq-filosof Hüseyn Cavidin məşhur “Şeyx Sənan” faciəsinin Əttarın sözgedən hekayəti ilə müqayisə olunduğu yerdir. Tədqiqatçı bu məsələ ilə bağlı bir sıra incə məqamları açıqlayır, süjet xəttinin eyni olmasını vurğulamaqla yanaşı, Cavidin Əttarla müqayisədə daha çox folklor nümunəsinə istinad etməsi qənaətinə gəlir. Şəhla Abdullayeva doğru olaraq qeyd edir ki, Hüseyn Cavidin mənzum dramı sözügedən mövzuda yazılan əsərlər arasında öz ideya-məzmun qayəsi və poetik üslubuna görə daha üstündür. 
Tədqiqatçı “Şeyx Sənan” mövzusunun şifahi xalq ədəbiyyatı nümunələrindən, o cümlədən yazılı ədəbiyyatda bu əhavalatı ilk dəfə qələmə alan Fəridəddin Əttarın əsərindən bəhrələnərək Azərbaycan ədəbiyyatında bu mövzuya həsr olunmuş bütün yazıları dərindən təhlil edir və nəticə çıxarmaqla yanaşı, öz fikirlərini məntiqəuyğun şəkildə əsaslandırır. Bu işdə artıq bir tədqiqatçı alim kimi formalaşmış şəqşünas-alimin klassik İran ədəbiyyatına yaxından bələd olması, fars dilini incəliyinə qədər bilməsi ona digərlərilə müqayisədə üstünlük verən amil kimi sayıla bilər. Şəhla xanım “Şeyx Sənan” mövzusunu araşdırarkən hekayətdə aşılanan əsas məqsədi, müəllif istəyini dəqiqliklə, pedantist nəzər nöqtəsindən çıxış edərək doğru-dürüst şərh edir, onun elmi əhəmiyyətini dəqiq, daha ətraflı şəkildə izah edir, oxucunu ona inandırmağa sövq edir. Bütövlükdə tədqiqatçı monoqrafiyanın predmeti olan “Şeyx Sənan” hekayəsinin əsas ideyasına həm dini, həm də elmi baxımdan izah etməyə nail olub ki, bu da öz növbəsində müəllifin ədəbi dünyagörüşlə yanaşı, həm də İslam dini və mədəniyyəti ilə bağlı biliklərə sahib olmasından xəbər verir. 
Monoqrafiyada həm orta əsr qaynaqları və əlyazmalarından, həm də müasir tədqiqatlardan, o cümlədən əcnəbi alimlərin araşdırmalarından yetərincə istifadə olunub. Əsərin dilinin səlis və dəqiq olması isə onu daha da maraqlı, oxunaqlı edib. Fikrimcə, gənc şərqşünas, filologiya üzrə fəlsəfə doktoru Şəhla Abdullayevanın “Azərbaycan ədəbiyyatında “Şeyx Sənan” mövzusu” adlı kitabı Azərbaycan ədəbiyyatının ilkin qaynaqlarının, o cümlədən ədəbi əlaqələr tarixinin tədqiqi baxımından olduqca dəyərli əsərdir. Onu da qeyd etmək istəyirəm ki, bu kitab təkcə elmi məzmun kəsb etmir, eyni zamanda bütün oxucular üçün maraqlıdır.

Rafiq Əliyev,
fəlsəfə elmləri doktoru, professor
TEXT +   TEXT -   ГЏГҐГ·Г ГІГј ГЋГЇГіГЎГ«ГЁГЄГ®ГўГ Г­Г® : 28.09.16 | Ïðîñìîòðîâ : 2480

Ðåêîìåíäóåì