Главная Карта сайта E-Mail
Навигация по сайту

Статьи

RSS / РСС
 





Введите слово для поиска :
Публициcтика Həyatın məqsədi əslində zövq almaqdır
Görəsən, bu, həqiqətən belədirmi?

Həyatdan zövq almaq üçün qarşıda məqsəd olmalıdır. Səmimi və aydın məqsəd... Səmimiyyət olmasa, həyatdan istədiyimiz həzzi ala bimərik. Bu isə onsuz da çətin olan həyatı bir qədər də ağırlaşdıracaq. Əgər siz həyatda zövq almadan yaşayırsınızsa, deməli, siz özünüzə qarşı çıxır, özünüzə zidd gedirsiniz. Siz özünüzə ziyan edir və təbii ki, daha tez qocalırsınız. Psixi və fiziki sağlamığın əsas meyarı yaxşı əhvali-ruhiyyə, sağlamlıq, sevinc və sevgidir. Öz dünyanızı özünüz yaradın və elə edin ki, orada yaşamaq sizə xoş və rahat olsun. 
Adət etdiklərinizə yeni bucaqdan nəzər salmağa can atın, baxışlarınızı dəyişin. Hadisələrin gedişatını dəyişmək bəzən bizim əlimizdə olmur, amma biz onlara yanaşma tərzimizi dəyişə bilərik. Bu, bizim iradəmizdən asılıdır. Ən əsası isə daima sevgiyə can atmaqdır. Hətta sevgi obyektiniz olmasa da, xəyallarınızda onu uydurmağa çalışın. Sevgi bizi daha böyük, daha güclü və daha sağlam edir. Əks halda həyatdan ala bilmədiyimiz həzz bizim səhhətimizə, ruhi vəziyyətimizə, psixi durumumuza mənfi təsir göstərəcək. Bu da azmış kimi, üstəlik, aldığınız mənfi enerjini çevrənizdəki doğmalarınıza da ötürəcəksiniz. Beləcə, enerji sahənizi neqativlə yükləmiş olacaqsınız. 
Yuxarıda qeyd edilənlərin həqiqət olduğunu isbatlamaq üçün ətrafa nəzər salmaq kifayətdir. Məsələn, diqqət yetirsəniz körpələrin dünyaya göz açdığı ilk andan yalnız əyləncə axtardıqlarını, etdikləri hər hərəkətdən zövq almağa çalışdıqlarını görərsiniz. Özü də balacalar bunu düşünərək deyil, qeyri-iradi şəkildə edirlər. Demək ki, bu, insanın təbii tələbatıdır. İllər keçir. Böyüdükcə uşaq artıq həyatdan düşünərək zövq almağa başlayır. Addım-addım məqsədə doğru irəliləyərək orqanizmini yeni emosiayalarla zənginləşdirir. İnsan orqanizmi həzzi hiss etməkdən ötrüdür. Sizin aldığınız bütün emosiyalar bədənin hissələri arasında bərabər şəkildə paylanılır. Necə deyərlər, hər orqan yaşanılan zövqdən öz payını alır. 
Bütün bunları nəzərə alaraq əminliklə deyə bilərik ki, insanın dünyaya gəlişinin əsas məqsədi də elə zövq almaqdır. Bu, hər zaman belə olub və olacaq da. Təbii hal sayılan bu qanunauyğunluğun əsası körpə hələ ana bətnində olarkən qoyulur. 
Necə zövq almağımıza gəlincə, bunun yolları müxtəlifdir. Hansı üsulla həzz almaqımızla bağlı seçim isə bizim öz əlimizdədir. Təbii ki, insanın intellekti, dünyagörüşü, həyat tərzi və ruhi aləmi bu seçimə öz təsirini göstərir. Kimi həyatda var-dövlətdən həzz alır, kimi qadından, kimi yaradıcılıqdan, kimi musiqidən, kimi də doğmaları ilə vaxt keçirməkdən. Nə qədər qəribə səslənsə də, həyatda zorakılıqdan, qətldən, həmcinsi ilə intim əlaqədə olmaqdan həzz alanlar da var. İstər Avropada, istərsə də  Şərqdə bu kimi halların getdikcə artdığını hamımız yaxşı görürük. Müasir dövrdə baş verən qanlı müharibələr, kütləvi qətllər, soyğunçuluq, talançılıq insan təxəyyülünün həzz almaq axtarışında heç bir sərhəd tanımadığını bir daha sübut edir. Əslində bu, təhlükəli vəziyyətdir. Çünki həzz almaq axtarışı istiqamətində dəyişiklik etmək məqsədilə kütlənin psixikasına təsir göstərmək son nəticədə qlobal və qanlı faciələrə gətirib çıxara bilər. Məsələnin ciddiliyini nəzərə alaraq hazırda həm Qərbin, həm də Şərqin əksər psixoloq və psixoterapevtləri bu nəzəriyyə üzərində işləyirlər. Günhasız insanları qətlə yetirib onların qanını belə qaniçən başkəsənlərin yetişdirilməsi əslində ciddi təlim sistemi əsasında həyata keçirilir. Beləcə həzz almaqla bağlı yeni nəzəriyyələrin  gerçəkləşdirilir. Hələ Ziqmund Freyd tərəfindən irəli sürülmüş təhtəlşüur səviyyəsində həzz almaq nəzəriyyəsi onun müasirlərinə bu istiqamətdə araşdırma aparmağa geniş imkanlar yaradır. Yaxın Şərqdə yaradılmış İŞİD adlı məktəbin həyata keçirdiyi nəzəriyyə indi minlərlə insanın ideologiyasına çevrilib. 
Bu istiqamətdə daha bir təcrübə isə Avropada həyata keçirilir. Bu antiinsan nəzəriyyəsindən zövq alanlar az deyil. Nə qədər acınacaqlı olsa da deməliyəm ki, insanlığa yaraşmayan bu zərərli vərdiş bütün dünyanı yoluxdura bilər. Nəticədə sevib sevilmək üçün həyata gələn insan yırtıcı heyvana çevriləcək. Şikarını təbii instinklə ovlayıb yeyən yırtıcıdan fərqli olaraq şüurlu müasir insan kəşf etdiyi yenilikləri sınaqdan keçirməkdən ötrü hədəf aldığı “şikar”ını hər yolla alçaltmaqdan, istismar etməkdən, incitməkdən, ona fiziki və psixoloji təsir göstərməkdən çəkinmir. Şükürlər olsun ki, bu məkrli əməllərdən uzaq duran, xeyirxahlıq edən, kimsəsiz uşaqlara, qocalara sahib çıxan, yoxsul ailələrə əl tutanlar da az deyil. Amma nədənsə Qərb dünyası bu cür xeyirxah adamların seçdiyi yolu dəstəkləmək əvəzinə, terrorçuların, başkəsən quldurların həzzə olan tələbatını ödəməklə məşğuldur. Nədənsə onlar qəyyumluq etdikləri bu “yırtıcı”ların bir gün onların özlərini hədəf alacaqlarını undurlar. Fransa, Almaniya, İspaniya, İtaliya, Türkiyə kimi ölkələrdə artıq buna dair nümunələr var. Amma Avropa baş verənlərdən dərs çıxarmaq niyyətində deyil. Başqalarının həyatına bais olmaqla, insan qanı içməklə həyatdan zövq alanlarla nəinki mübarizə aparmır, əksinə onlara öz çirkin niyyətlərini həyata keçirmək üçün şərait yaratmaqla öz xalqının da gələcəyini riskə atır.  Beləcə, insan həyatdan zövq almaq kimi təbii bir instinkti siyasi, maddi maraqlara qurban verərərk, onu eybəcər hala salır... 
TEXT +   TEXT -   Печать Опубликовано : 19.10.16 | Просмотров : 2651

Рекомендуем