Главная Карта сайта E-Mail
Навигация по сайту

Статьи

RSS / РСС
 





Ââåäèòå ñëîâî äëÿ ïîèñêà :
Ïîëèòèêà İpəkləşən erməni “məxməri”
Yaşadığımız müasir dünya qeyri-sabit və təhlükəli olması ilə əvvəlki illərdən xeyli fərqlənir. Beynəlxalq aləmdə hökm sürən iqtisadi və mənəvi-əxlaqi böhran getdikcə dərinləşərək idarəolunmaz və qorxunc hala düşür. Gözlənilməz hadisələr, qeyri-adi olaylar və tez-tez ortaya atılan sürprizlər ilə zəngin dünyada yaşamaq və bütün bu baş verənlər haqda düşünməmək, onları məntiq çərçivəsinə salmağa cəhd etməmək ciddi səhv olardı. Odur ki, Kainatın bir parçası olaraq bizim hər birimiz nəinki planetimizdə baş verənlərlə bağlıyıq, həm də onlara görə müəyyən insani məsuliyyət daşıyır, eyni zamanda ümumi sabit inkişaf naminə əlimizdən gələni etməyə borcluyuq. 

“Susmaq qızıldır” məsəli, zənnimcə, ömürlük susqunluq üçün yox, sadəcə, müəyyən vaxt əldə edərək daha dərindən düşünmək, təhlil aparmaq və sağlam qərar qəbul etməkdən ötrü qısamüddətli mərhələ üçün nəzərdə tutulub. Ətrafda baş verənlərə reaksiya verib, onlara münasibət bildirmək bizim əsas vəzifələrimizdəndir. Əks halda şüurlu şəkildə qurub yaratdığımız dünya dözülməz və mənasız mühitə çevrilər. Belə neqativ prosesin başlanması, yəqin ki, şübhə yaratmır. Bu isə aydın məsələdir ki, elmi və yaradıcı insanlar üçün əsl iztirab mənbəyinə çevrilir, onları daxilən incidir. Belə olduğu halda insanlar sərbəst düşünmək, fikir yürütmək, vicdanla hərəkət etmək, ədalətlə qərar qəbul etmək imkanlarından məhrum olurlar. Sadə dillə desək, hər birimiz haqqımız olanı, payına düşəni ala bilmirik. Bu, bizi daima əsəb, stress, narahatlıqda saxlayır. Özünü şüurlu insan cəmiyyətinin adi bir üzvü hesab edən şəxs kimi mən obyektiv səbəblərə görə belə vəziyyəti qəbul edə bilmirəm, içəridən gələn səs məni qıcıqlandırır və odur ki, ürəyimdəkiləri digərləri ilə bölüşməyə ehtiyac duyuram. 
XIX-XX əsrlərdə baş vermiş tarixi hadisələri araşdırarkən Qərbin və Şərqin ictimai-mədəni həyatında mühüm rol oynamış, bəşəriyyətin elm və insəsənət xəzinəsinə misilsiz töhfələr vermiş şəxsiyyətlər arasında xeyli sayda həmvətənimizin də olduğunu indiyə qədər nəşr olunmuş kitablardan, tarix dərsliklərindən bilirik. Təbii ki, bu gün Qərb də, Şərq də həmin insanları unutmamalı, yada salmalı, hətta deyərdim ki, öz inkişafına, qazandığı nailiyyətlərə görə onlara minnətdarlıq hissi duymalıdır. 
Üç həftədən sonra 100 illiyini qeyd edəcəyimiz Azərbaycan Demokratik Respublikasının yaranmasında da  vaxtilə siyasi, elmi, yaradıcı baxımdan o dövrün “qaymaqları”nın, həmin vaxt hələ millət kimi formalaşmamış xalqın sırasından çıxmış “seçilmişlər”in əvəzsiz xidmətlərini önə çəkən televiziya verilişlərinin şahidləriyik.  Elə təkcə bu fakt kifayətdir ki, ətrafda baş verənlərə nə üçün münasibət bildirmək məcburiyyətində olduğumuzu dərk edək. Bu gün əcdadlarımızın uğrunda çalışdıqları ədalətli cəmiyyət – insanlara xidmət edən mənəvi-əxlaqi dəyərlərin və ümumiyyətlə, bəşəriyyətin durumu, hətta normal sülh şəraitində inkişafı belə təhlükə altındadır. Təbii ki, baş verənlərə münasibətimizi insan beyninin çox da mükəmməl yaratmadığı qüsurlu, amma ictimai münasibətləri tənzimləməyə iddialı olan müasir demokratiya, beynəlxalq hüquq normaları və qəbul olunmuş universal dəyərlər sistemi çərçivəsində, kimsənin haqqını pozmadan və qanuna zidd hərəkət etmədən danışaraq, yazaraq öz münasibətimizi bildirməliyik. Şəxsən mən bunu özüm üçün vacib sayıram.
Bu gün kimsə müharibə alovunda yanan, şəhərləri xarabalığa çevrilən Yaxın Şərq dövlətlərinin – İraqın, Suriyanın dünya sivilizasiyasının beşiyi olduğunu inkar edə bilməz. Axı o torpaqlarda doğulmuş insanları milliyyətindən, dini və irqi mənsubiyyətindən asılı olmayaraq bütün canlılara aid edilmiş ən vacib hüquqdan - yaşama haqqından məhrum etmək ixtiyarı kimsəyə verilməyib. Bu, mənəvi-əxlaqi dəyərlər və beynəlxalq normalar çərçivəsində təsbit edilmiş universal hüquqdur. Amma qeyd etməliyəm ki, bu dəyərlər və normalar müasir kapital qullarını, bir çox siyasət adamlarını maraqlandırmır, onların bəşəriyyətə zidd əməllərinin qarşısını almır. 
Bu gün istər Azərbaycan, istərsə də onun güclü və zəif qonşuları öz geosiyasi mövqeyinə, dünya çapında siyasi, iqtisadi, hərbi çəkisinə görə baş verən savaşların əhatəsindədir. Qan çanağını xatırladan regionumuzun aqibətinə necə laqeyd qala bilərik? Rusiya, Türkiyə və İran üçlüyünün Yaxın Şərq, xüsusilə də Suriya müharibəsində iştirakı, Ermənistanda baş verən iğtişaşlar, “məxmər” sevgisi, illərdir mövqe seçməkdə tərəddüd edən Gürcüstan və Ukraynadakı vətəndaş müharibələri narahatlıq keçirmək üçün ciddi əsaslardır. Təbii ki, bu cür ekstremal şəraitdə necə yaşamaq, gücümüzü, bacarığımızı necə birləşdirmək, əsəbləri necə cilovlamaq, suverenliyimizi, ərazi bütövlüyümüzü bərpa etməklə bağlı daxili və xarici çağırışlara hansı cavabı vermək sualları haqlı olaraq bizim hər birimizi ciddi şəkildə düşündürür. Belə bir vəziyyətdə balanslaşmış uğurlu xarici siyasətlə yanaşı, dövlətə və insanlara xidmət edən, əhalinin iqtisadi-sosial, mənəvi-ruhi durumunu nəzərə alan sabit daxili siyasət yürütmək bir nömrəli məsələdir. Yalnız vətəndaşların problemlərinin ədalət və qanun çərçivəsində düzgün həlli, onların istəklərinin təmini nəticəsində ölkənin uğurlu iqtisadi inkişafından və daxili siyasi sabitliyindən danışmaq olar. Hamıya bəllidir ki, ədalətin, düzgünlüyün, vicdanın hakim olmadığı cəmiyyətdə həqiqi tərəqqidən bəhs etmək, insanları buna inandırmaq çətin məsələdir. Riyakarlıq, rüşvətxorluq və tamahkarlığın yayıldığı cəmiyyətlərin məhvə məhkumluğu şübhə yaratmır. Etiraf edək ki, ümumi inkişafa, insanların rifahının yüksəlməsinə, cəmiyyətin mənəvi durumuna ciddi surətdə mane olan belə mənfi hallar bu gün dünyanın hər bir ölkəsində, o cümlədən də Avropa, ABŞ, Rusiya, Çində və s.-də müşahidə olunmaqdadır. İndiyə kimi yer üzündə mal-mülkə, var-dövlətə sevginin bəslənmədiyi, tamahkarlığın müşahidə olunmadığı nə bir cəmiyyətə, nə də bir dövlətə hələ rast gəlinməyib. “Xoşbəxt yaşamaq üçün mənim pula, var-dövlətə ehtiyacım yoxdur” deyən adamlar, əlbəttə ola bilər. Amma inanın ki, bu, qeyri-səmimilikdən başqa bir şey deyil. Çünki kəşf edildiyi ilk gündən kapital hansı formada – qızıl, kağız pul olmasından asılı olmayaraq, ayrı-ayrı fərdlərin, insan qruplarının, xalqların və millətlərin yaşayış səviyyəsini müəyyən edən vacib amil olub. Bu gün bizim hər birimizin bacardığımız qədər qazandığımız pul hesabına yaşadığımızı kimsə inkar edə bilməz. Nə qədər zənginiksə, həyatımız bir o qədər rəngarəng, şən və firavan keçir. İnsanın ruhu yalnız maddi və mənəvi tələbatlarını, istəklərini, arzularını həyata keçirdiyi zaman dinc, ürəyi rahat olur. Bunun üçün isə bizə birmənalı şəkildə pul lazımdır. Bu, danılmaz faktdır. Pul qazanmayan insan istədiyi şəkildə yeyə, geyinə, əylənə, səhhətinin qayğısına qala bilməz. Dövlət də belədir. Ölkənin ümumi gəlirini büdcə çərçivəsində bölüşdürüb əhalinin tələblərinə, dövlətin müdafiəsinə sərf edir. Lakin bu ayrılmış pulları bir çox məmurlar öz ifrat maddi tələbatlarına sərf edirlər. Bu hal uzun müddət davam edəndə dövlətin iqtisadi inkişafı çətinləşir, insanların əsəb sistemləri, səhhətləri pisləşir, xəstələrin sayı artır və cəmiyyətdə birlik, rifah hissi narazılıqla, nifrət hissinin yaranması və dərinləşməsi ilə əvəzlənir. Bu, dövlət–cəmiyyət, xalq-hakimiyyət münasibətlərinin tənzimlənməsini xeyli çətinləşdirir və nəticədə həm əhali, həm dövlət, həm də siyasi hakimiyyət ziyan çəkir, daxili balans pozulur. 
Bu gün yüz minlərlə erməni öz məişət problemlərini həll etmək, güzəranını yaxşılaşdırmağa nail olmaq, məşhur oğruların isti məkanı olan S.Sarkisyan rejimindən qurtulmaq üçün İrəvanın küçələrinə axışaraq ədalət, insanlara hörmət, əhalinin rahat yaşayışını təminini tələb edirlər. Bu qədər insanın küçələrə çıxması üçün onlara ümid verənlər və onları hər şeyin yaxşı olacağına inandıranlar olmalıdır. Klassik və təcrübəli Rusiyanın dəstəyinə güvənən S.Sarkisyan və onun əl altıları isə uzun illər boyunca öz xalqını açıq-aşkar qarət edib. Görünür, Ermənistan rəhbərliyi xalqın hakimiyyətdən narazılıq səviyyəsini düzgün qiymətləndirə bilməyib. Sonda Ermənistan əhalisinin qəzəb və nifrəti o həddə çatdı ki, heç “böyük qardaşвЂќın güclü dəstəyi də S.Sarkisyanın hakimiyyətdə qalmasını təmin edə bilmədi. Sarkisyanı baş nazir seçilməsi münasibətilə ilk təbrik edənlərdən biri elə Rusiya Federasiyasının prezidenti Vladimir Putin də son məqamda müdriklik nümayiş etdirərək xalqın qəzəbi qarşısında aciz olduğunu etiraf etmək məcburiyyətində qaldı. Acınacaqlısı isə odur ki, yaranmış vəziyyətdən istifadə edərək hakimiyyəti nasional-şovinist ermənilər ələ keçirə bilərlər. Rejimə qarşı çıxan qüvvələr, təbii ki, xaricdən idarə olunur, maliyyələşdirilir, təlimatlar alaraq Ermənistanda Ukrayna variantını təkrar etmək istəyirlər. Maraqlıdır ki, İrəvanda fəaliyyət göstərən ABŞ səfirliyinin binası və ştatı hətta Rusiya və Orta Asiya ölkələrindəkindən sayına görə çox irəlidədir. Bunun orada gedən proseslərlə əlaqəsi danılmaz faktdır. Onlar öz ideyalarını (Ermənistanı Rusiyanın təsirindən çıxarmaq)  həyata keçirmək üçün ortada olan bütün əngəlləri aradan qaldırılmayanadək sakitləşməyəcəklər. Qərbsayağı “inqilablar”ın qaydası belədir. Pislə yanaşı, yaxşı olanları da məhv edir – qurunun oduna yaş da yanır və mütləq cəmiyyətdə qarşıdurma, siyasi idarəetmədə hərcmərclik yaranır, hətta ölkədə vətəndaş müharibəsi üçün münbit şərait formalaşır. Dağılmasına ehtiyac olmayanlar da kütlənin qəzəbinə tuş gəlir. Əsas məqsəd də, məncə, elə budur. Bütün tarixi inqilablarda və dövlət çevrilişlərində olduğu kimi, bu dəfə də əziyyət çəkən sadə xalq olacaq. 1930-1945-ci illər Almaniya tarixi sonrakı hadisələrin mümkün ssenarisi ilə bağlı ehtimallar irəli sürməyə imkan verir. SSRİ-nin süqutu zamanı həyata keçirilən “yenidənqurma”, MDB, Afrika, Asiya, Yaxın Şərq və Latın Amerikası dövlətlərindəki rəngli inqilablar,  yəqin ki, çoxlarının yadındadır. Biz buna bənzər olayları 1988-1994-cü illərdə “qardaşвЂќ Ermənistanın Azərbaycana dördüncü dəfə hücum etdiyi zaman yaşamışıq. Hadisələrin necə nəticələndiyi isə hamımıza yaxşı bəllidir. 
Aqressiv erməni xalqının “müharibə” həvəsakarı olduğunu gözəl bilirik. Gah parlamentdə silahlı atışma təşkil edirlər, gah XX əsrdə dördüncü dəfə azərbaycanlılara qarşı soyqırım, gah da Torontoda terror həyata keçirirlər (23 aprel 2018-ci il).  
Bütün bunları nəzərə alaraq, Ermənistandakı nümayişlərin və etirazların nə ilə bitəcəyi ilə bağlı ehtimallar irəli sürmək mümkündür. Əvvəla ölkədə tüğyan edən hərcmərclik ilk növbədə dövlətin onsuz da silkələnmiş təməlini daha da sarsıdacaq. İqtisadi və hərbi baxımdan onsuz da ürəkaçan vəziyyətdə olmayan Ermənistan bir qədər də zəifləyəcək. Küçələrə axışan səbr kasası dolmuş, qəlbi nifrətə bürünmüş, gözləri qan çanağına dönmüş erməni xalqının fikrində indi yalnız qarşısına çıxanı dağıtmaq, olanları məhv etməkdir.  
Bəlkə də kimlərsə ötən yüzillikdə baş vermiş inqilablarla bağlı yürütdüyüm fikirlə razılaşmayacaq. Amma mən düzgün təhlil apardığımdan əminəm. XIX əsrin sonu-XXI əsrin əvvəllərində baş vermiş bütün xaricdən idarə olunan, maliyyələşdirilən “inqilablar” dediklərimi açıq şəkildə sübut edir. Yeri gəlmişkən, mən SSRİ-nin tərkibinə daxil olan dövlətlərin öz müstəqilliklərini inqilab yolu ilə qazandıqlarını düşünmürəm. Sadəcə SSRİ xalqları bir ictimai-siyasi sistemdən digərinə - bizə tam əyani şəkildə məlum olan kapitalizmə keçid etdilər. Hətta nisbətən sülh yolu ilə aparılan bu keçid özü də itkisiz ötüşmədi. Siyasi hakimiyyət dəyişdi, səriştəsiz “inqilabçılar” hakimiyyətə gəldilər, yüksək vəzifə kürsüsündə oturdular, dövləti “idarə” edərək siyasi-iqtisadi hərcmərclik yaratdılar.
Şükürlər olsun ki, Heydər Əliyevin siyasi müdrikliyi sayəsində özünü “inqilabçı” adlandıranlar hər şeyi məhv etmək istəklərini sonadək gerçəkləşdirə bilmədilər. Amma dağıdılan və itirilənləri sonradan bərpa etmək, inkişaf yoluna salmaq hakimiyyətə və xalqa o qədər də asan başa gəlmədi. Son nəticədə aydın oldu ki, o illər qazancımız itkimizdən çox oldu. Gənc nəslə miras qalan müstəqillik, suverenlik, siyasi sabitlik, qonşularla gözəl münasibətlər (Ermənistan istisna olmaqla), uğurlu daxili və xarici siyasət, iqtisadi inkişaf məhz həmin nailiyyətlərin nəticəsi kimi qiymətləndirilməlidir. Bütün bunlar üç əsas amil sayəsində əldə olunub:
1) düzgün və səriştəli siyasi idarəetmə 
2) iqtisadi inkişafın sabitləşdirilməsi
3) soisal ədalətin bərpası prosesində, korrupsiya, məmur özbaşınalığına qarşı mübarizədə xalqın marağını müdafiə etmək kimi vacib amillər. 
Bunlara nail olanda xalqın dəstəyini qazanmaq və cəmiyyətlə hakimiyyət arasında qarşılıqlı anlaşmanı təmin etmək də mümkün olar. Nəticədə Ermənistanda, Ukraynada, Qırğızıstanda olduğu kimi xalq məhv etmək, dağıtmaq yolunu deyil, dövlətin tərəqqisi naminə birləşmək yolunu seçir. 
Düzdür, bu gün bəzi pantürkçülər guya təhlükəsizliyimiz naminə qardaş Türkiyə ilə konfederasiya yaratmaq, tədricən bu dövlətin tərkibinə daxil olmaqla bağlı çətin anlaşılan siyasi çağırışlar edirlər. Fikrimcə, bu, tamamilə yanlış, ölkəmizin, xalqımızın əleyhinə olan fikirdir. Bu addımı atmaqla biz dövlətimizi və xalqımızı siyasi-iqtisadi müstəqillikdən məhrum etmiş olarıq. Görəsən, bu cür sərsəm və məntiqsiz fikirlər onların ağlına hardan gəlir? Əfsuslar olsun ki, həm Azərbaycanda, həm də Türkiyədə bu ağlasığmaz ideyaların tərəfdarları getdikcə artmaqdadır. Türkiyədə də bi fikri ortaya atan antiazərbaycan xarakterli qüvvələr, qruplar mövcuddur. Region üçün yetərincə təhlükəli olan bu tendensiya müstəqil ölkə olaraq Azərbaycanla strateji əməkdaşlıq edən dövlətlərlə münasibətlərimizə ciddi xələl gətirə bilər. Ümid edirəm ki, Vətənimizin – müstəqil Azərbaycanımızın sabit inkişafında maraqlı olan heç bir həmvətənimiz bunu istəməz. Görünən odur ki, 11 aprel Prezident seçkilərindən sonra başlanılan yeni islahatlar, yeni təyinatlar dövlətimizin və xalqımızın gələcəyi ilə bağlı bizə yeni ümidlər verir və daha da ruhlandırır. Sülhsevər, xeyirxah və dözümlü xalqımız sabaha inamla baxır! 
Bütün bunlar Ermənistan virusunun bizim ərazimizə keçməsinə ciddi maneədir. 
TEXT +   TEXT -   ГЏГҐГ·Г ГІГј ГЋГЇГіГЎГ«ГЁГЄГ®ГўГ Г­Г® : 07.05.18 | Ïðîñìîòðîâ : 2208

Ðåêîìåíäóåì