Главная Карта сайта E-Mail
Навигация по сайту

Статьи

RSS / РСС
 





Ââåäèòå ñëîâî äëÿ ïîèñêà :
Ïîëèòèêà Dünya bir meyar üzərində qurulub
(Onun adı “Ədalət”dir)

Əks halda yaşadığımız Yer kürəsi bu qədər uzunömürlü olmazdı. Əgər bu planetin ədalət, balans və harmoniya məfhumlarından ibarət müvazinəti zərrəcə pozularsa, həyat məhv olmaq təhlükəsi ilə üzləşər və bəlkə də, hər şey alt-üst olar. Yaradan, Tanrı, Allah üçün də hər hərəkətin, əməlin, münasibətin yeganə ölçü vahidi ədalət prinsipinə sədaqətdir. Hətta uca Allah da Yer üzündəki bütün problemləri yalnız və yalnız bu prinsipin tələblərinə əsaslanaraq həll edir. “Allah hər şeyə qadirdir, nə vaxt nə istəsə edə bilər” ifadəsini gündə bir neçə dəfə işlədirik. Amma bir məqamı nəzərdən qaçırırıq ki, Allah da özünü müəyyən çərçivədə hiss edir. Onun da əməlləri müəyyən sərhədlər daxilindədir. Məsələn, insanlara qarşı münasibətdə o, heç vaxt göndərdiyi müqəddəs Qurani-Kərimdə yazılanlardan kənara çıxmır. 

Deməli, O, bizimlə münasibətini öz qoyduğu qanunlar çərçivəsində qurur. Bu qanunların ən əsası ədalət prinspidir. Təsadüfi deyil ki, biz çox zaman çətinlik qarşısında aciz qalanda “Allah bilən məsləhətdir” deyib təslim oluruq. Ən böyük dərdimizi ona həvalə edir, onu vəkil edirik. Çünki ədalətinə inanırıq. Hər kəsdən gizlətdiyimiz sirrimizi söyləyir, çətin problemlərimizin həllində Ondan kömək istəyirik. Allaha olan ümidimizi heç vaxt itirmirik. Bütün bunlar insanla Allah, Yerlə Göy arasındakı münasibətlərdir. O, gözə görünməsə də, bizimlə əlaqəyə girməsə də,  varlığı ilə təsəlli tapır, ruhən dincəlir, mənən paklaşırıq. 
Son illərdə Yaxın Şərqdə, Əfqanıstanda gedən qanlı müharibələrin, münaqişələrin, vətəndaş qarşıdurmalarının, fəlakətlərin hardan qaynaqlandığını hamımız yaxşı bilirik. Amma bu müsibətlərin qarşısını almaq iqtidarında olanlar alovu söndürmək əvəzinə, onu daha da alışdırırlar. Bu xoşagəlməz olayların baş verdiyi ölkələrdə yaşayanlar başlarına gələn müsibətlərin səbəbkarlarını tanısalar da, mövcud vəziyyət qarşısında acizdirlər, nə edəcəklərini, bu vəhşilikdən necə qurtulacaqlarını anlaya bilmir və sonda müharibəni törədənlərin ölkələrinə uz tuturlar. Kobud tərzdə desək, çıxılmaz vəziyyətdə qalıb “qatil” ölkələrə pənah aparırlar. Bu, normal hal deyil, məntiqə, insanlığa, vicdanın səsinə və etirazına cavab vermir. Görəsən, onları Avropaya, ABŞ-a getməyə məcbur edən hansı hisslərdir? Əlbəttə milyonlarla qaçqının içərisində nifrət hissi, terror törətmək niyyəti olanlar da az deyil. Lakin mütləq əksəriyyəti Avropaya yönəldən, çoxlarını dəniz heyvanlarına yem edən başqa vacib amil var: İMAN. Allaha - ədalət hakiminə olan inam. Onlar anlayırlar ki, qarşısında aciz qaldıqları caniləri Allah nə vaxtsa mütləq cəzalandıracaq. Haqq-hesab dünyasında hər əməl ədalət tərəzisinə qoyulacaq və cinayət törədənlər – baş kəsənlər, şəhərləri, kəndləri viran edənlər və onların himayədarları, maliyyə və silahla təmin edənlər Ədalət məhkəməsi qarşısında cavab verəcək, layiqli cəzalarını alacaqlar. Əsas səbəb budur – Allahın təqdirinə, mükafatına və əlbəttə ki, ən əsası, cəzasına olan mütləq inam.
Təəssüflər olsun ki, Avropa siyasətçiləri bu psixoloji amili nəzərə almadan qaçqınların inam və iman hissinə  - geydikləri hicaba, saxladıqları saqqala, qıldıqları namaza, tutduqları oruca qarşı mübarizə aparmağa cəhd göstərir, millətçi-şovinist əhval-ruhiyyəli vətəndaşlarını dəstəkləyir, qaçqınlara qarşı yönəlmiş cəmiyyətlərin, birliklərin yaranmasına rəvac verirlər. Onlar dərk etmirlər ki, müsəlman qaçqınların Allaha inamını məhv etməklə Avropanın süqutunu sürətləndirirlər. Hər şeyini itirmiş imansız insanlar vəhşiləşə və ədalət məhkəməsini, axirət gününü gözləmədən özləri öz qisaslarını ən sərt şəkildə ala bilərlər. Bu isə Avropada vətəndaş müharibəsi, terror aktları və açıq şəkildə silahlı qarşıdurmalar ilə nəticələnə bilər. Odur ki, nə olursa olsun, insanın, imanlı bir kəsin ümidini qırmaq çox təhlükəlidir. Bu dəhşətli faciələrə gətirib çıxara bilər. Bu, illüziya deyil, reallıqdır. Avropa qitəsi Yaxın Şərq kimi müharibə alovuna düçar ola bilər. Avropalılar bunumu istəyirlər?! Əmin olun ki, bu, bəşəri fəlakətə çevrilə bilər. Bu faciənin qarşısını almaq üçün insanların imanı toxunulmaz olaraq qalmalıdır. Bu, ilahi ədalətin yerdəki təzahürüdür, bünövrəsidir, xeyir-şər tərəzisidir. Eyni sözləri ilahi ədalətin Yerdəki prototipi olan ədalət məhkəməsi barəsində də söyləmək olar. Nahaq yerə hakimlərə xalq hakimi, məhkəməyə isə ədalət məhkəməsi demirlər. Məhkəmə xeyirlə şərin mübarizəsində son nöqtəni qoyan yeganə, insanların hələ inamlarını tam itirmədikləri bir strukturdur. Polis, Prokurorluq və digər hüquq-mühafizə orqanları yalnız əməliyyat işləri aparır, faktları, sübutları toplayaraq cinayət işini tamamlamaq məqsədilə son qərarı çıxarmaq üçün məhkəməyə göndərirlər. Hökm, son söz hakimindir. Məhkəmə ədalət məfhumunun ünvanı kimi yüz illərlə qalmaqdadır. Lakin son 20 ildə dünyada ədalət çox hücumlara məruz qalıb, siyasətin, maddiyyatın qurbanına çevrilib. Bu proses getdikcə daha da genişlənir, dərinləşir və bəzi hallarda siyasət alətinə çevrilir. Biz bunu əsasən kapitalizmin, demokratiyanın inkişaf etdiyi ABŞ-da, Avropa ölkələrində daha çox görür və məyus oluruq. Uzun illərdir bütün dünyaya demokratiya, ədalət, insan haqqları dərsi verənlər indi beynəlxalq hüquq və konvensiyaları, müqavilələri nəzərə almadan hər şeyi kapital qazandıran siyasətə qurban verirlər. Heç bir fakt, sübut göstərmədən insanları həbs edir, mühakimə edir və həbsxanlara salırlar. Minlərlə insan taleyi kapital–siyasət simbiozunun qurbanına çevrilir. Dünya ictimaiyyətini yalana inanmağa məcbur edərək, psixoloji təzyiqə məruz qoyurlar. Bu, artıq bəzəşəriyyətin ən böyük bəlalarından birinə, bəlkə də birincisinə çevrilib. İslamafobiya, şpionomaniya, rusofobiya, özündən razılıq, müştəbehlik, dünyanı idarə etmək niyyəti, hamını özündən asılı salmaq istəyi ədalətin bünövrəsini sarsıdan başlıca amillərdəndir. 
“Ədalət pozulan yerdə bərəkət olmaz” deyib böyüklərimiz. Bu, tarixin süzgəcindən keçərək öz təsdiqini tapmış kəlamdır. İngiltərədə solsberi zəhərlənməsi maskaradı, idmançıların dopinq əhvalatları, hamının tanıdığı “WikiLeaks”saytının yaradıcısı Culiyan Assanjın guya 15 il öncə kimisə zorlamağa cəhdi, siyasi motivlərlə həbsə salınanlar - Rusiyada Xodorkovski və digər Avropa ölkələrində məhkum olunan keşmiş siyasətçilər, Ukrayna, Gürcüstan, Ermənistan olayları və s. söylənilənlərə əyani nümunədir. Hələ Yaxın Şərq, Afrika, Latın Amerikası ölkələrində yaşananları demirəm. 
Bəşər övladı gördüklərindən və yaşadıqlarından dərs çıxarmalıdır. Bu faciələrlə üzləşməmək üçün əlimizdən gələni əsirgəməməliyik. Mən istərdim ki, qeyd etdiyim iyrənc məqamlar bizim məhkəmə sistemimiz üçün yad ünsür olaraq qalsın. Buna nə dərəcədə nail olduğumuza isə gələn dəfə aydınlıq gətirəcəyəm. Hələ ki,  özgələrinin səvlərini deməklə kifayətlənək. 
TEXT +   TEXT -   ГЏГҐГ·Г ГІГј ГЋГЇГіГЎГ«ГЁГЄГ®ГўГ Г­Г® : 27.07.18 | Ïðîñìîòðîâ : 2229

Ðåêîìåíäóåì