Главная Карта сайта E-Mail
Навигация по сайту

Статьи

RSS / РСС
 





Введите слово для поиска :
Интервью Ekstremizm, radikalizm, terrorizm
(İslama qarşı yönələn siyasi damğaların mahiyyəti)

Müasir dövrümüzdə dini radikalizm dünya miqyasında narahatlığa səbəb olan əsas problemlərdən biridir. Bu gün bir çox ölkələrdə dini radikalizm məzhəblər və dinlərarası dözümsüzlük, zorakılıq, eləcə də dini motivlərlə törədilən terror aktlarında təzahür edir. Strateji baxımdan olduqca əhəmiyyətli mövqedə yerləşən və əhalisinin böyük hissəsi müsəlmanlardan ibarət olan Azərbaycan üçün də bu təhlükə kifayət qədər aktualdır. İyunun 10-da “Kaspi” geosiyasi araşdırmalar mərkəzi ictimai birliyinin  təşkilatçılığı ilə Beynəlxalq Mətbuat Mərkəzində keçirilən “Dini radikalizmə qarşı mübarizə yolları”adlı konfrans da elə bu mövzuya həsr olunmuşdur. Konfransda alimlər, jurnalistlər, İlahiyyat İnstitutunun müəllim və tələbə heyəti iştirak edirdi. Tədbirdə müzakirə olunan məsələlər, ekstremizm, radikalizm və terorizmə qarşı mübarizə aparmaq üçün irəli sürülən fikirlər və səsləndirilən təkliflər barədə daha ətraflı məlumat almaq məqsədilə konfransda əsas məruzəçi qismində çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin ilk sədri, fəlsəfə elmləri doktoru, professor Rafiq Əliyevlə görüşüb söhbət etdik. 

- Rafiq müəllim, istərdik ki, öncə oxucularımıza son vaxtlar kütləvi infomasiya vasitələrində tez-tez rast gəlinən eksterimizm, radikalizm və terrorizm anlayışlarının əsl mahiyyətini açıqlayasınız. Bu məfhumları bir-birindən fərqləndirən və bir-birilə bağlayan amillər hansılardır?

- Tamamilə düzgün vurğuladınız. Eksterimizm, radikalizm və terrorizm anlayışları son illər kütləvi informasiya vasitələrinin gündəmindən düşməyən, sadə vətəndaşdan tutmuş yüksək post tutan məmurlara qədər hər kəsi narahat edən və ən əsası hələ də məğzi tam açılmayan mövzulardandır. Sizin vasitənizlə üzümü oxuculara tutub söyləmək istəyirəm ki, əslində eksterimizm, radikalizm və terrorizm eyni zəncirin halqalarıdır. Amma onların hər birinin mahiyyətinə vardıqda aydın olur ki, bu terminlər təkcə dinə aid edilməməli, eyni zamanda cəmiyyətin, ölkənin, dövlətin həyatında, beynəlxalq əlaqələrdə mövcud olan hadisələrdə də axtarılmalıdır. Çox təəssüflər olsun ki, bu gün dinin özünə, onun daşıyıcılarına qarşı yönələn siyasi-ideoloji dözümsüzlük, terrorizm, hətta müharibələri nəzərə almadan dünyada, xüsusilə islam ölkələrində, Avropa qitəsində baş verənlərin hamısını neqativləşdirib, necə deyərlər, islamın, onun ardıcıllarının ayağına yazır, müsəlmanları bütün bəlalarla, hətta Avropa ölkələrində gündən-günə artan kasıbçılıq, işsizlik və Avropanın siyasi-ideoloji landşaftının dəyişməsi kimi problemlərlə əlaqələndirirlər. Bütün bunlar dinin ardıcıllarının ekstremizmdən dini radikalizm fazasına keçməsini şərtləndirən amillər kimi qiymətləndirilməlidir. Bunlar isə tamamilə fərqli-fərqli anlayışlardır. Ekstremizm birinin digərinin fikrini, ideyasını qəbul etməmək mənasında işlədillir və bu, normal hal hesab olunmalıdır. Hamının fikri eyni ola bilməz. Müxtəlif dini, siyasi cərəyanlar, məzhəblər mövcuddur. Bu müxtəlifliyi biz qəbul etməli və anlamalıyıq. Radikalizmisə ikinci mərhələ olaraq əslində öz  ideyasını başqasına zorla qəbul etdirmək məqsədinə xidmət edir. Terrorizmin mənasına gəlincə, düşünürəm ki, bu, hər kəsə bəllidir. Həmin anlayış haqqında birmənalı tərif mövcud olmasa da, böyük əksəriyyətin gəldiyi qənaət budur ki, o, din pərdəsi altında siyasi, dini, ideoloji, iqtisadi məqsədlərə çatmaq üçün dini-siyasi qruplaşmaların qanuna ve dinə zidd olan  zorun, gücün, hədənin tətbiq olunması cəhdlərindən irəli gələn son addımdır ki, o da ciddi qarşıdurmaya, konfliktə, hətta müharibəyə belə səbəb ola bilən vəziyyətin əsasını təşkil edir.

- Az əvvəl qeyd etdiniz ki, dünyada baş verən bütün neqativ halların səbəbini nədənsə islam dinində və onun ardıcıllarında axtarmağa çalışırlar. Sizcə, bu, beynəlxalq aləmdəki münasibətləri daha da gərginləşdirmi? 

- Əlbəttə gərginləşdirir. Dinə qarşı yönələn siyasi-ideoloji radikalizm, terrorizm vəziyyəti çox gərginləşdirir. Nəticədə ortaya ciddi problemler  çıxır. Necə deyərlər “Daş qayaya rast gəlib”. İslam dininin tərəfdarları (onları ‘islamçılar” adlandırılar) ilə millətçi radikallar (onları da “radikal millətçilər” adlandırmaq olar) arasında ciddi mübarizə, güc tətbiq etməklə müşahidə olunan ictimai fəsadlara gətirib çıxarır. Bu isə, gördüyümüz kimi,  getdikcə yüksələn xətt üzrə inkişaf edir. Bu, ekstremizmdən terrorizmə aparan yolda ən dəhşətli mərhələdir. 

- Amma bir məqamı unutmayaq ki, baş verən neqativ halları islam dini ilə əlaqələndirən əsas amil kimi müsəlman qaçqınlarının Avropaya axını qeyd edirlər. 

- Əslində, razilaşmalıyıq ki, müharibə gedən ölkələrdən insanların qaçqın qismində Avropaya axını və avropalılar üçün yaratdıqları problem çox ciddi amildir. Təqribən 4 milyon miqrantın Avropa ölkələrinə gəlişinin ilkin səbəblərin araşdırmadan  onlara hansısa qiymət vermek dügün olmasa da, miqrantların Avropa dəyərlərinə uyğun gəlməyən hərəkətlərinə qarşı etirazların da əsası var. Amma gəlin etiraf edək ki, Avropada yaşayan adi vətəndaşların Yaxın Şərqdə aparılan müharibələrdə nə rolu, nə də ki, marağı var. Heç onlar da istməzdilər ki, öz yurd-yuvalarını tərk edib din, dil, mentalitet baxımından onlara tamamilə yad olan bir məmləkətdə qaçqınlarla bir məkanda  yaşasınlar. Amma nəticədə əziyyət çəkən də onlardır, bir çox problemlərin səbəbkarı da onlardır. Lakin bütün bunların fonunda avropalıların bir hissəsinin radikallaşması, bu zəmində sağ radikal millətçi partiyaların yaradılmasının, uğurlarının səbəbi hakimiyyətə gəlməkdir. Nəticədə bu siyasi-ideoloji mübarizə fonunda islamçılar da fəallaşır, təşkilatlanır, radikallaşırlar. Bu da təbii bir haldır. Azlıq təşkil edənlər həmişə fəal olur, birləşir, ideoloji baza yaradır və bədii dillə ifadə etsək, mübarizləşir, müqavimətlərini artırırlar. Bu, bütün zamanlarda, bütün ölkələrdə, hətta imperiyalarda da belə olub. Azlıq təşkil edən xalqlar həmişə fəal və mübariz olurlar. Yaşadığımız regionda da bunu təsdiqləyən faktlar göz qabağındadır. 

- Sizcə, bütün dünyanın aktual probleminə çevrilmiş dini radiklaizmə qarşı mübarizə Azərbaycanda qənaətbəxş vəziyyətdədirmi?

- Azərbaycanda dini etiqad azadlığı möhkəm hüquqi-normativ əsaslara malikdir. Ölkədə mövcud dini etiqad azadlığından sui-istifadə edən radikalizmə qarşı mübarizə mexanizminin həyata keçirilməsi üçün qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində dövlət tərəfindən lazımi işlər görülür.  2015-ci ildə "Dini ekstremizmə qarşı mübarizə haqqında" Qanunun qəbul edilməsi buna sübutdur. Bu qanun dini ekstremizm əleyhinə mübarizəni həyata keçirən dövlət orqanlarının, eləcə də vətəndaşların hüquq və vəzifələrini təsbit edir. Üstəlik, ölkəmizdə həyata keçirilən multikulturalizm siyasəti də etnik-mədəni və dini müxtəliflikləri yüksək səviyyədə tənzimləyir. Yəni multikulturalizm təkcə etnik, irqi, mədəni fərqliyi deyil, həm də bu anlayışların tərkib hissəsi olan dini müxtəlifliklərin tənzimlənməsinə yönələn bir siyasətdir. Məhz bu siyasət nəticəsində Azərbaycanda din sahəsindəki mövcud vəziyyət sabit qiymətləndirilsə də, son hadisələr, xurafata yuvarlanmaq, xarici dini-siyasi təsirlərə məruz qalmaq kimi ciddi problemler hələ öz həllini gözləməkdədir. Bu umumi dini-siyasi sabitliyə ləkə salan amil kimi qiymətləndirilməlidir.

- Dini radikalizmlə mübarizədə vətəndaş cəmiyyətlərinin və KİV-lərin rolu nə dərəcədə əhəmiyyətlidir?

- Düşünürəm ki, müasir dövrdə Azərbaycanda dini radikalizmlə mübarizə sahəsində vətəndaş cəmiyyətinin və kütləvi informasiya vasitələrinin göstərdiyi xidmətlər kifayət qədər əhəmiyyətlidir. Sevindirici haldır ki, qeyri-hökumət təşkilatlarının dini radikalizmlə mübarizəyə həsr etdikləri layihələrin sayı günü-gündən artmaqdadır. Eyni zamanda, kütləvi informasiya vasitələrində bu sahəyə həsr olunan verilişlərin, məqalələrin yayılması böyük əhəmiyyət kəsb edir. Mətbu orqanlarda dini radikalizmlə mübarizəyə həsr olunmuş məqalələrin dərc edilməsi və geniş oxucu auditoriyasına çatdırılması çox böyük rol oynayır. Lakin hələ görüləsi işlərimiz də az deyil. Sakitləşmək üçün deyerli esasimiz yoxdur ve bu uzunsuren bir davamli prosesdir. . 

- Rafiq müəllim, iştirak etdiyiniz konfransda ekstremizm, radikalizm və terrorimzə qarşı mübarizədə yeni fikirlər səsləndirildimi?

- Demək olar ki, iki saat ərzində çox maraqlı söhbətlər, çıxışlar, sual-cavablar oldu. Müzakirə olunan mövzuya aid səsləndirilən hər bir fikir müzakirə mövzusu kimi qəbul edilməlidir. Bütün iştirakçılar sonda belə nəticəyə gəldilər ki, dini radikalizmə qarşı mübarizə yolları haqda danışanda və bu siyasi, qanuni müqavimət formalarını müəyyənləşdirəndə yuxarıda qeyd etdiyim amillər mütləq nəzərə alınmalıdır. Dini radikalizmin hardan qaynaqlandığını, nəyə əsaslandığını, niyə bu fenomenin Avropada bizdən daha kəskin təzahürünün səbəblərini öyrənəndə söylənilən fikirlər bizim təbliğat işimizdə, informasiya məkanında aparası olduğumuz əks təbliğatda önəmi olar.

- Necə düşünürsünüz, bu cür konfransların təşkili gələcəkdə ekstremizm, radikalizm və terrorimzə qarşı mübarizəyə töhfə verə biləcəkmi?

- Əlbəttə. Belə konfransların, toplantıların iştirakçılarının əksəriyyətini gənclər təşkil edir. Onlara düzgün, faktlara əsaslandırılmış istiqamət verilərsə, radikalizmə qarşı mübarizə bir o qədər faydalı, təsirli, başadüşülən olar.

- Gənclər demişkən, cəmiyyətin bu həssas təbəqəsini ekstremizm, dini radikalizm kimi təhlükəli amillərdən necə qoruya bilərik? 

- Din əslində insanın ruhi tələbatının ödənilməsində əvəzolunmaz bir vasitədir. Dini dəyərlər əslində insanın əxlaq və mənəviyyat baxımından kamilləşməsinə xidmət edir, dinlərdə vətənə, millətə sevgini, mənsub olduğu cəmiyyətə bağlılığı, inancından, milliyətindən, sosial statusundan asılı olmayaraq bütün insanlarla mehriban davranmağı aşılayır. Yetər ki, insan seçdiyi dinin əsl mahiyyətini qavrasın. Amma təəssüf ki, hansı dinin daşıyıcısı olmasından asılı olmayaraq, bəzən insanlar öz inanclarından çıxış edərək ifrata varır, fanatizmə, mövhumata, dözümsüzlüyə meyl edir, cəmiyyətin fərdləri arasında ayrı-seçkilik etməyə çalışırlar. Diqqət yetirsəniz görörsiniz ki, radikal qruplara əsasən cəmiyyətin yoxsul, savadsız, dünyagörüşündə qüsurlar olan təbəqəsinə mənsub insanlar qoşulur. Təəssüf hissi ilə qeyd etməliyik ki, radikal qruplara qoşulanlar arasında gənclər üstünlük təşkil edir. Deməli, radikal dini cərəyanlar öz təbliğatlarını hədəf qrupu olaraq əsasən gənclərə yönəldirlər. Xüsusən də intellektual səviyyəsi yetərincə yüksək olmayan gəncləri onlar asanlıqla manipulyasiya obyektinə çevirirlər. Amma üzümü gənclərimizə tutub demək istəyirəm ki, bütün dinlərin missiyası insanı kamilliyə yüksəltməkdir, insanlar arasında ayrı-seçkilik etmək heç bir dinin konsepsiyasına uyğun gəlmir. 
Bu məsələ ilə bağlı onu qeyd etmək vacibdir ki, hansı qitədə, ölkədə olmasından asılı olmayaraq, dinin dövlətdə, cəmiyyətdə mövcudluğunu vacibliyini qəbul etməli və onun yerini, rolunu, əhəmiyyətini başa düşməliyik. Nə dindarlara, nə də dini radikalizmə qarşı mübarizə aparmaq niyyətində olanlar ifrata yol verməməlidirlər. Biz Avropada katolikliyə qarşı aparılan radikal siyasətin nəticələrini görürük. Dinin təsirinin sıfra endirilməsi nəticəsində bu gün Avropada milli-mənəvi, dini-əxlaqi dəyərlərin iflasını müşahidə edirik. Homoseksualizm, eyni cinslilərin evlənməsi və digər bu kimi mənəviyyata və xüsusilə dinə zidd hallar artıq insanlar tərəfindən norma kimi qəbul edilir. Əminliklə deyə bilərik ki, bu cəmiyyətə, bəşəriyyətə sonsuz dərəcədə ziyan vuran amildir və milli ideologiyası olmayan Avropa ölkələrində dinə qarşı siyasi radikalizmin və bəzən də siyasi terrorun nəticəsidir. Bu günümüzün reallığıdır və bizim üçün tarixi dərsdir.
Hakimiyyət, cəmiyyət və din dövlətin üç aparıcı sütünudur. Bunları bir-birindən ayırmaq, bir-birinə qarşı qoymaq ciddi ictimai-siyasi fəlakətlərə gətirib çıxara bilər. Bunu mütləq nəzərə almalıyıq.
TEXT +   TEXT -   Печать Опубликовано : 18.06.19 | Просмотров : 2375

Рекомендуем