Səyahət və memuar ədəbiyyatı orta əsrlərdə, müasir roman janrından çox öncələr yaranmağa başlamışdır. Bu ədəbi janrda yazılan kitablar bütün ölkələrdə oxucular tərəfindən maraqla qarşılanır. Bunun əsas səbəbi hansısa qələm sahibinin istedad və fantaziyasının gücünə yazdığı bədii nəsr nümunələrindən fərqli olaraq, səyahət və memuar ədəbiyyatı nümunələrinin öz müəllifini real olaylar çərçivəsində saxlamasıdır.
|