Авторское право © WWW : Персональный сайт Рафика Алиева
Перепубликация материалов,возможна только с устного или письменного разрешения Администрации сайта !
Название статьи , Опубликовано Новости » Политика » Kim daha möhkəm vuracaq - ABŞ, yoxsa Rusiya?
29.09.16 15:46

Buna ehtiyac varmı?!

Bəzi Qərb liderlərinin xroniki bronxitindən əziyyət çəkən rusiyafobiya hazırda məhv olmaq üzrədir. Buna baxmayaraq, bütün dünya, ilk növbədə Avropa, xüsusilə də ABŞ Rusiyanın və prezident V.V.Putinin təsirindən kənarda qala bilmir. Hətta kapitalizmin istehkamına çevrilmiş Amerikada prezident seçkilərini də birbaşa Rusiya ilə əlaqələndirirlər. Guya gündən-günə dünyada nüfuzu yüksələn V.V.Putin prezidentliyə namizədlərin hər ikisinin taleyini birdən həll edə bilər – birini taxta çıxaracaq, digərini isə oyundan uzaqlaşdıracaq. Bax buna deyirlər bir güllə ilə iki quş vurmaq. Seçilmiş şəxsin Donald Tramp, yoxa Hillari Klinton olacağı isə açıqlanmır. Zənnimcə, heç V.V.Putin də hələ öz seçimi ilə bağlı yekun qərarı verməyib. 
Əslində baş verənlər ABŞ-ın xəyallarında “parçalayıb”, “şaqqaladığı” Rusiya qarşısında zəifliyinin göstəricisidir. Təbii ki, bütün bunların arxasında şəxsi maraqlar, acgözlük və tamahkarlıq dayanır. Məqsəd təkcə Rusiya torpaqlarını deyil, həm də onun təbii sərvətlərini, xüsusilə də içməyə yararlı şirin suyunu mənimsəməkdir. Rusiyanın bütün sahələrdəki, hətta idmandakı yollarını bağlamaqdan ötrü hər cür vicdanlı və vicdansız üsullara əl atır. Bir neçə gün əvvəl Rusiya idmançılarının, xüsusilə də paralimpiyaçıların üzləşdikləri dopinq qalmaqalını xatırlamaq yerinə düşər. Çox keçmədi ki, Beynəlxalq Antidopinq Təşkilatının (WADA) saytı “sındırıldı” və WADA tərəfindən Qərb idmançılarına qadağan olunmuş preparatların qəbuluna icazə verildiyi üzə çıxdı. Nəticədə qızıl medalların böyük hissəsi Qərb ölkələrinin, xüsusilə də ABŞ-ın payına düşdü.  Bu da sizin üçün siyasətdən kənar idman... 
Məsələ burasındadır ki, Rusiyanı ədəbsiz və nəzakətsiz şəkildə danlayır, biabır edirlər. Necə deyərlər, problemi sözlə həll edə bilməyən yumruğa əl atır. Belə bir deyim var, düşmən qıcıqlanır və söyüş söyürsə, deməli, məğlub olub. Şəxsən mən hər zaman düşünmüşəm ki, düşmən səni tərifləyirsə, deməli, hardasa səhv etmisən. Yox əgər söyürsə, deməli, sən düzgün yoldasan və qələbən onu qıcıqlandırır. Bunu tarix özü sübut edib. XIX əsrdə Napoleonun,  XX əsrdə isə onun aciz  təqlidçisi Hitlerin Rusiya məğlubiyyətini yada salmaq kifayətdir. 
Amma ədalət naminə qeyd edim ki, ABŞ kimi nəhəng dövlət və ya Almaniya, Fransa, Böyük Britaniya kimi güclü iqtisadiyyata sahib ölkələr üçün məğlubiyyəti etiraf etmək çox çətindir. Özü də ABŞ-ın bütün dünyanı təkbaşına idarə etmək xülyasına düşdüyü bir vaxtda. Son illərdə öz ideyalarını gerçəkləşdirməkdən ötrü Yaxın Şərq kimi bir sıra regionlarda, dövlət başçısını nümayişkaranə şəkildə edam etdirdiyi İraq və Liviya kimi ayrı-ayrı dövlətlərdə hərcmərclik yaradan ABŞ dünya jandarmı və ali məhkəmə funksiyasını yerinə yetirmək üçün yararsızdır. ABŞ-ın ürəyi istədiyi ölkədə qarışıqlıq yaratdığı və buna görə kiməsə hesabat vermədiyi vaxtlar artıq geridə qalıb. İndi zaman o zaman deyil! Ayaq saxlayıb, dünyanın son illər ərzində necə dəyişdiyinə nəzər yetirmək vaxtıdır. XIX əsrdə müstəmləkə olan, əhalisi acınacaqlı həyat tərzi sürən dövlətlər indi iri addımlarla inkişafa doğru irəliləyirlər. Ağ ev, eləcə də başqa “ev”lər reallıqla barışmaq məcburiyyətindədir. Başqa yol yoxdur...
Bizim hər birimiz müasir dövrdə BMT tərəfindən qəbul olunan qərarların, sülh konvensiyalarının, beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasının şahidiyik. Özünü dünyanın hakimi hesab edən bəzi dövlətlər başqa xalqların milli maraqlarını öz şəxsi mənfəətinə qurban verirlər. Onlar elə zənn edirlər ki, istər böyük, istərsə də nisbətən zəif hərbi-iqtisadi gücə sahib bütün ölkələr onların şəxsi mülküdür. Sanki “şəxsi mülk” olan bu dövlətlər öz həyatları bahasına olsa da, öz “sahib”lərini qorumaq, onların yolunda özlərini fəda etmək məcburiyyətindədirlər. XIX əsrin sonları XX əsrin əvvəllərində dünyaya meydan oxuyan ABŞ əvvəlki nüfuzunu çoxdan itirdiyini nədənsə qəbul etmək istəmir. Əksinə, ona itaət göstərməkdən boyun qaçıranlarlı cəzalandırmaq üçün onlarla normal münasibətləri kəsir, sanksiyalar tətbiq edir, guya insan haqlarını, söz və mətbuat azadlığını pozduqlarına görə ünvanlarına sərt tənqidlər səsləndirir. Sanki ABŞ və Avropanın özündə insan və vətəndaş hüquq və azadlıqları ilə bağlı hər şey yolundaymış... 
Əslində “ağcaqanadlar” çoxdan məhv edilib, onların qalıqları isə ABŞ laboratoriyalarında yaradılan “sintiya” sintetik virusuna bənzər süni viruslar tərəfindən ölmək üzrədirlər. Xatırladım ki, “sintiya” bakteriyası 2012-ci ildə BP-nin Meksika körfəzindəki platformasında baş vermiş yanğından sonra laborator şəraitdə yaradılmışdır. Bakteriyanın ərsəyə gətirilməsi dənizdə olan neft ləkələrinin məhvi üçün nəzərdə tutulsa da, zaman keçdikcə o, yalnız neft deyil, həm də canlı orqanizmlər udmağa başladı. Nəticədə onun yayıldığı rayonlarda kütləvi quş və balıq ölüm halları dəfələrlə artdı. Bu azmış kimi, Meksika körfəzi sahilində yaşayan minlərlə insanın həyatı üçün də təhlükə yarandı.  
Bütün bu cinayətləri nəzərə alaraq deyə bilərik ki, ABŞ-ın bizi, Rusiyanı dövlətin daxili işi olan məsələlərə görə tənqid etməyə mənəvi haqqı çatmır. Belə bir əlverişsiz zamanda ABŞ-da D.Tramp və H.Klinton arasında prezidentlik uğrunda amansız mübarizə gedir. İndi ABŞ-da hər kəs noyabr ayının “ilk bazar ertəsindən sonrakı ilk çərşənbə axşamı” baş tutacaq seçkilərin nəticəsini “dörd göz”lə gözləyir.  Kənardan baş verənləri müşahidə edən biri kimi mübarizədə Donald Trampın qalib gələcəyini və ABŞ-ın xarici və daxili siyasəti ilə bağlı bəzi kiçik dəyişikliklərin baş verəcəyini düşünürəm. Əlbəttə ki, olayların gedişatına “hörmətli cənab HADİSƏ” qarışmasa... Belə bir halın baş verəcəyi isə ABŞ üçün istisna deyil. Düzdür, ciddi dəyişikliklərin baş verəcəyi inandırıcı səslənmir. Çünki ABŞ prezidenti idarəetməni müstəqil şəkildə həyata keçirmir. Onu  iri konsern, lobbi rəhbərləri, milyarderlər idarə edir. Buna baxmayaraq, bəzi məqamlarda prezidentin də son sözü az rol oynamır. D.Trampın hakimiyyətə gəlişi ABŞ-ın artıq əvvəlki nüfuza sahib olmadığını bir daha dünyaya nümayiş edəcək. Uzun illər boyu beynimizə ABŞ-ın məğlubedilməzliyi ilə bağlı yeridilən fikirlər artıq öz inandırıcılığını itirib.  
Bütün deyilənlərə baxmayaraq, Rusiya ilə ABŞ arasında qarşılıqlı sülh və anlaşmanın olması bütün dünya üçün vacibdir. Bu, danılmaz həqiqətdir! Strateji balans istisnasız olaraq hər kəsə sərfəlidir. Məhz buna görə mən bu iki nəhəng dövlət arasında hər zaman sülhün olmasının tərəfdarıyam. Dünyanı təlaş və nagümanlıq içində saxlamağa ehtiyac yoxdur. Nigarançılıq və qeyri-müəyyənlik qədər insanın ruhi aləminə zərər vuran heç nə yoxdur. (Amma nədənsə Barak Obama Rusiyaya “başqa dövlətlərin işinə qarışmamağı məsləhət görüb”. Qəribədir, elə deyilmi?!) 
Mən əminəm ki, güclü və nəhəng dövlətlər planetimizdə sülh və əmin-amanlığın bərqərar olması naminə bir-birləri ilə əməkdaşlıq edə bilər və etməlidir də. Təəssüflər olsun ki, bunu etmək əvəzinə onlar Yaxın Şərq, Afrika, Latın Amerikasının neftlə zəngin dövlətlərinin təbii sərvətinə sahib çıxmaq uğrunda bir-birləri ilə mübarizə aparırlar. Görünür, bu dövlətlər öz missiyalarının nədən ibarət olduğunu anlamırlar. Əvəzində milyonlarla insan, xalqlar və millətlər əziyyət çəkir. 
Fikrimcə, bu cür yanaşmanı yalnız başqalarına qarşı hörmətsizlik kimi qəbul etmək olar. Çünki “böyük iştahı” olan dövlətlər iri korporasiyaların maddi maraqlarına görə dünyanın üçüncü dövlətləri (daha dəqiq desək, üçüncü sort millətlər) özünə tabe etmək fikrindən vaz keçmir. Məlum məsələdir ki, beynəlxalq korporasiyalar nə qədər qazansalar, yeni silah növlərini bir o qədər geniş tətbiq edə biləcəklər. 
“Kim daha möhkəm vuracaq?” ideyası isə tamamilə ynlış yanaşmadır. Ondansa “Ədaləlilik prinsipini bərpa etmək ötrü kimin daha çox köməyi dəyəcək?” sualı ətrafında düşünsünlər. Şəxsən mən belə fikirləşirəm. Yer kürəsinin əhalisinin heç bir faizinin də marağı digərlərindən üstün tutulmamalıdır! Tarazlığın və güc balansının qorunub saxlanılmasının sirri məhz bundadır. 
URL / WWW
http://raliyev.az/news/a-338.html