Авторское право
© WWW :
Персональный сайт Рафика Алиева
Перепубликация материалов,возможна только с устного или письменного разрешения Администрации сайта !
Название статьи , Опубликовано
Новости
»
Интервью
» “Türkiyədə seçkilərdə istifadə olunan partiyalılıq prinsipi təcrübədə özünü doğrultmur”
07.11.16 15:36
Dini qurumlarla iş üzrə Dövlət Komitəsinin sabiq sədri, fəlsəfə elmləri doktoru, professor Rafiq Əliyevlə müsahibə
- Rafiq müəllim, parlament, Türkiyənin timsalında Böyük Millət Məclisi öz mahiyyətinə görə, əslində qanunverici orqandır. O, ölkənin inkişafını, müdafiəsini, türk xalqının müqəddəratını həll edə biləcək qanunlar hazırlayıb qəbul etmək üçün seçilir. Amma, təəssüf ki, xalqın seçdiyi bu toplum çox zaman idealoji mübarizə, münaqişə, hətta dava-dalaş meydanına çevrilir. Sizcə, bu normal haldırmı? Belə vəziyyət qanunların qəbulunun ləngiməsinə yol açmırmı?
- Dedikləriniz bugünkü vəziyyətin göstərcisidir. Parlament, həqiqətən, ideoloji, siyasi mübarizə meydanı deyil. Bunlar seçkiqabağı və seçkilər vaxtı ortaya çıxır, hər kəs öz siyasi görüşlərini xalqa çatdırır, xalqı öz mövqeyinə inandırmağa çalışır. Əslində bu, normal haldır, belə də olmalıdır.
Amma xalq öz seçimini etdikdən sonra bu siyasi-ideoloji “toqquşmalar” sona çatmalıdır. Lakin biz əksini müşahidə edirik. Seçkiyə hazırlıq vaxtı baş verən qəribəliklər artıq parlamentin divarları arasında, yəni kiçik məkanda özünə daimi yer edir. Bu isə parlament sisteminin əsas naqis cəhətidir. Müzakirələr hərdən dava-dalaşa çevrilir, hətta əlbəyaxa mərhələsinə də keçir. Belə hal və orada hakimiyyətin ünvanına səsləndirilən təhqiramiz ifadələr, çıxışlar ölkənin rəhbərliyinə, idarə edilməsinə mane olur, siyasi rəhbərliklə parlament və artıq seçimini etmiş xalq arasında xoşagəlməz vəziyyət yaranır ki, bu da heç də ölkənin xeyrinə ola bilməz.
Bütün bunlar təbii ki, dövlət və xalq üçün ciddi əhəmiyyət kəsb edən qanunların qəbulunu ləngidir.
Biz öz təcrübəmizdən bilirik ki, Milli Məclisə seçilən millət vəkilləri bir hissesinin qanunların hazırlanmasında emeyi remzi xarakter dashiyir ve bu normal haldir.Cunku onlarin hamisi huquqshunas ola bilmezler. Bildiyimiz kimi parlamentdə işçi qrupları bu məsuliyyəti öz üzərinə götürür və qalanları əsasən muzakire ve səs verməklə kifayətlənirlər.
Türkiyədə və digər parlament idarəçiliyi sistemi olan Avropa ölkələrində vəziyyət məhz belədir. Çoxları parlamentə siyasi görüşlərinə görə seçilirlər. Bu, heç də qanunverici orqanın fəallığına, faydalı qanunların qəbuluna ciddi təsir göstərmir.
Bundan başqa, seçkilərdə istifadə olunan partiyalılıq prinsipi təcrübədə özünü, demək olar ki, doğrultmur.
- Rafiq müəllim, Türkiyədə bir neçə ildir ki, prezident idarəçiliyinə keçmək haqda müzakirələr, disputlar, münaqişələr gedir, siyasi xadimlər bir-birlərinin ünvanına ağır ittihamlar səsləndirirlər. Cəmiyyət və parlament, demək olar ki, iki cəbhəyə bölünüb. Bir qrup parlament idarəetməsinin üstünlüklərini misal gətirir və prezident idarəçilik sisteminin diktaturaya gətirib çıxara biləcəyini ön plana çəkir. İkinci qrup prezident idarəçiliyinin üstünlüklərindən danışır və Türkiyədə parlament sisteminin köhnəlməsi fikrinə əsaslanaraq, bu sistemin dünya ölkələrinin çoxunda özünü təsbit etdiyini dilə gətirirlər. Əsas arqumentlər – qərarların operativ qəbulundan və əsas məsuliyyəti kimin daşınmasının aydın olmasından ibarətdir. Türkiyədə artıq prezident parlament tərəfindən deyil, birbaşa səs verməklə xalq tərəfindən seçilir. Yəni xalq prezidenti şəxsən seçir, ona inamını nümayiş etdirir, dövlət başçısı kimi onu tanıyır və dövlətin, xalqın problemlərinin həllini də ondan gözləyir. Demək olarmı ki, idarəçiliyin bu forması daha üstün və daha asan proqnozlaşdırılan məsul şəxsi tanıyan variantdır?
- Əlbəttə, cəmiyyət yeknəsək olmadığı üçün siyasi partiya maraqlarının müxtəlifliyi, hətta bəzən bir-birinə qarşı düşmən münasibəti ümumi idarəçiliyə mənfi təsir göstərir. Xüsusən də koalisyon hökumət qurulduqda bu münasibətlər ümumi işə daha çox mane olur. Partiyalara mənsubiyyət işin gedişində, işə qəbulda da öz rolunu, çox zaman öz mənfi rolunu oynayır.
Bu nöqteyi-nəzərdən, hətta dövlətin, xüsusən xalqın birliyini təmin etmək nöqteyi-nəzərindən prezident çoxpartiyalılıq sisteminin fövqündə duran bir şəxs kimi qəbul edilməlidir. Çünki onu partiyanın bütün üzvləri seçir və o, hər bir vətəndaşın prezidentidir. Dövlət başçımız ilk dəfə prezident seçilərkən öz çıxışında qeyd etmişdir: “Mən hər bir Azərbaycan vətəndaşının prezidenti olacağam”.
Bu prinsipial mövqedən çıxış etsək, belə bir nəticəyə gəlmək olar ki, gərgin beynəlxalq vəziyyətdə, hər gün dəyişən siyasi-hərbi şəraitdə, əlbəttə, operativ qərarlar qəbul etmək imkanı yaradan prezident üsul-idarə sistemi daha münasibdir.
Müsahibəni apardı
“İrşad” İAM-ın Türkiyədəki təmsilçisi
Rəhilə Şükürova
URL / WWW
http://raliyev.az/news/a-345.html